Komitə bu ASC-ləri satışa çıxartdı – Hərrac
Əmlak Məsələləri Dövlət Komitəsi investorları cəlb edəcək 196 əmlak özəlləşdirməyə çıxarılır.
Kimitədən Sfera.az-a verilən məlumata görə, hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə "Sabirabad Mexanikləşdirmə", "Zaqatala Fındıq”, "Xəzər Avtonəqliyyat ", "Bərdə Kəndkimya”, "Ucar Tikinti”, "Kürdəmir Aqrotexservis” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir.
Hərraca çıxarılan səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 69 min manatla 850 min manat arasında dəyişir. Özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olanı "Sabirabad Mexanikləşdirmə" ASC-dir. Adı çəkilən səhmdar cəmiyyətinin səhminin 30%-i 128 min manata yaxındır. "Zaqatala Fındıq” ASC də qiymətinə görə digərlərindən fərqlənir. Həmin səhmdar cəmiyyətinin səhminin 30%-i 126 min manata yaxın təklif olunur.
Qeyd edək ki, açıq hərrac avqust ayının 15-də keçiriləcək.