Köməkçisi Mübariz Mənsimovun saxlanıldığını təsdiqləyib
13:55 / 15.03.2020
32551
"Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun Türkiyədə saxlanılması xəbəri təsdiqlənib.
Bu barədə APA-nın yerli bürosuna M.Mənsimovun köməkçisi Fidan Quliyeva məlumat verib. O, bildirib ki, hazırda iş adamının İstanbuldakı ofisində polis axtarış aparır.
Türkiyə mətbuatının xəbərinə görə, onu Fetullah Gülenlə bağlı aparılan istintaq çərçivəsində saxlayıblar.