Koçaryanın oğlu atasının milyardları haqda

Koçaryanın oğlu atasının milyardları haqda

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın kiçik oğlu Levon Kaçaryan atasına qarşı ədalətli məhkəmə araşdırması aparılacağına ümid edir.

 

Virtualaz.org "Sputnik Ermənistan”a istinadən bildirir ki, o bunu məhkəmənin iclas salonunda jurnalistlərə verdiyi açıqlamada deyib.

 

"Mən atamla razıyam və ona qarşı irəli sürülən ittihamların əsassızlığında təkid edirəm. İttiham – bu, konkret şəxsi qisasdır. Atamın dediyini vəkillər də deyirlər. Və bir çox faktlar var, hansılar ki, bizim haqlı olduğumuzu sübut edir", - deyə L.Koçaryan bildirib.

 

Kiçik Koçaryan dediklərinin əyani sübutu kimi Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanla Xüsusi İstintaq Təşkilatının rəhbəri Sasun Xaçatryan arasında telefon danışığını göstərib. Vanetsyan həmin danışığın gedişatında bildirir ki, hakimə deyib: "İstəyirsən-istəmirsən, amma həbsə məhkum etməlisən".

 

Koçaryan ailəsində bu qədər sərvətin haradan olması barədə suala cavabında Levon bildirib ki, onların adına astronomik məbləğlər yazırlar. Onun sözlərinə görə, bu, gülünc səslənir.

 

"Onlar 4 milyard dollardan bəhs edirlər, bu rəqəmin nə olduğunu başa düşürsünüzmü? Elə bilirsiniz, bu qədər pulu gizli saxlamaq asandır? Atama qarşı təxminən bir ildir cinayət işi başlanıb. Xəbəriniz var ki, ilişmək üçün necə ciddi yoxlamalar aparırlar? Amma heç nə tapmırlar. Yalnız Silva Ambartsumyanın ifadəsi var, ancaq hətta məhkəmə də onun arqumentləri ilə razı deyil", - deyə keçmiş prezidentin oğlu əlavə edib.

 

Yerevanın mərkəzindəki "Konqres" mehmanxanasının alınmasına gəlincə, o bunu 2008-ci ildən başlayaraq bizneslə məşğul olması ilə izah edib. Üstəlik onu da bildirib ki, böyük qardaşı ondan da əvvəl sahibkarlıqla məşğul olub.

 

"O özünü milyonçu hesab edirmi”, sualına kiçik Koçaryan müsbət cavab verib, amma əlavə edib ki, "bütün aktivləri birlikdə nəzərə almaqla”.

 



OXŞAR XƏBƏRLƏR