KOBİA-nın dəstəyi ilə onlayn supermarket yaradıldı

KOBİA-nın dəstəyi ilə onlayn supermarket yaradıldı

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tətbiqi və əhalinin sosial təcrid olunması, eləcə də infeksiya səbəbindən ev şəraitində qalmağa üstünlük verən vətəndaşlar qida və ərzaq məhsullarına olan tələbatlarını evdən çıxmadan onlayn sifariş verə bilərlər. Bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə onlayn supermarket ("BakuMart Supply” tətbiqi) yaradılıb.

Sfera.az xəbər verir ki, agentlikdın trend-ə verilən məlumata görə, ərzaq məhsullarının çatdırılması xidmətlərinin təşkilinə dair KOBİA-nın təchizatçı, pərakəndə satış və logistika şirkətləri ilə keçirdiyi görüşlərin və Agentliyə daxil olan müraciətlərin nəticəsində "BakuMart Supply” tətbiqi təkmilləşdirilib və mövcud vəziyyətlə bağlı karantin tələblərinə uyğunlaşdırılıb. "BakuMart Supply” tətbiqinin təkmilləşdirilməsinə KOBİA ilə yanaşı, biznes tərəfdaşlığı platforması çərçivəsində yerli logistika, təchizat və onlayn ödəniş sistemləri tərəfindən də dəstək göstərilib.

Karantin dövründə "BakuMart Supply” vasitəsilə edilmiş sifarişlərin çatdırılması pulsuzdur.

Onlayn supermarketə sifarişlər yalnız veb sayt (//bakumart.az/#/landing) və mobil tətbiq vasitəsilə verilə bilər:

iOS istifadəçiləri üçün yükləmə linki - bit.ly/bakumartiosA

Android istifadəçiləri üçün yükləmə linki - bit.ly/bakumartandroid

KOBİA xüsusi karantin rejimində ev şəraitində olan vətəndaşların ərzaq və qeyri-ərzaq məhsullarına olan tələbatının daha dolğun qarşılanması, bu istiqamətdə elektron xidmətlərdən istifadənin genişləndirilməsi istiqamətində tədbirlərini davam etdirir.


OXŞAR XƏBƏRLƏR

Rusiya və İran prezidentləri Yaxın Şərqdəki vəziyyəti MÜZAKİRƏ ETDİLƏR

Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisi İsrailin İranın Dəməşqdəki diplomatik missiyasına hücumundan sonra Yaxın Şərqdə vəziyyətin gərginləş...

Bu makiyaj vasitələri qocalmanı sürətləndirir - Həkimdən ÇAĞIRIŞ 

Yeniyetməlik dövrü fiziki görünüş və imicin əhəmiyyət kəsb etdiyi dövrlərdən biridir. Bu dövrdə yeniyetmələr ətrafdakılar tərəfindən bəyənilmək və diqqət görmək...

ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır

ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır.   Sfera.az “Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Canet Yellen...

Şəhid anası vəfat etdi - FOTO

2023-cü ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri zamanı şəhid olan Mais Məhərrəmlinin anası dünyasını dəyişib.   Sfera.az qafqazin...

Xalq artistinə AĞIR İTKİ - FOTO

Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Yasin Qarayevə ağır itki üz verib.   Sfera.az xəbər verir ki, aktyorun qardaşı Çingiz dünyasını dəyi...

"Ukrayna NATO-ya üzv olmamalıdır" - Alyans üzvü olan daha bir dövlət ETİRAZ ETDİ

“Slovakiya Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulmasına razı deyil”.   Sfera.az “TASS”a istinadən xə...