Koalisiya qüvvələri Suriyada məscidi vurdu

Koalisiya qüvvələri Suriyada məscidi vurdu
ABŞ-ın rəhbərlik etdiyi İŞİD əleyhinə beynəlxalq koalisiya qüvvələri Suriyanın Deyr əz-Zor rayonuna bağlı Şəfafiyədə bir məscidə zərbə endirib.
 
Bu barədə İŞİD əleyhinə Birləşmiş Xidmət Qüvvəsindən yazılı açıqlama verilib. Açıqlamada "17 yanvar 2018-ci ildə Suriyadakı Şəfafiyə bölgəsində İŞİD-in bir məsciddəki nəzarət və komandanlıq kompleksi koalisiyanın idarə olunan hücumu ilə vurulub", - deyə qeyd edilib. İŞİD-in hücum qadağası olan tikililəri istifadə edərək, buraları hədəf halına gətirdiyi iddia edilən açıqlamada "Bu hücumda suriyalı tərəfdaşlarımıza təhdid təşkil edən terrorçular öldürülüb və İŞİD-in digər bir ölümcül operativ tutumu da döyüş meydanından çıxarrılmış olub", - sözlərinə yer verilib.

OXŞAR XƏBƏRLƏR