Könül İsmayılova: “Şəxsi mənafeyim üçün deyil, xalqın yanında olmaq üçün qələbə qazanmaq istəyirəm”

Könül İsmayılova: “Şəxsi mənafeyim üçün deyil, xalqın yanında olmaq üçün qələbə qazanmaq istəyirəm”

Binəqədi 10 saylı dairədən namizədliyini irəli sürmüş Könül İsmayılovanın bu gün 26 yanvar 2020-ci ildə görüşlərini Biləcəri qəsəbəsində ADY Biləcəri stansiyasının iclas zalında davam etdirib.

Seçiciləri ilə səmimi söhbət edən K.İsmayılova seçiləcəyi təqdirdə həyata keçirəcəyi işlər, planları barədə ətraflı məlumat verib.

O, qeyd edib ki, millət vəkili olaraq bütün seçiciləri üçün əlçatan olacaq və hər zaman ona göstərilən etimadı doğrultmağa çalışacaq. Paralel olaraq seçicilərlə ünsiyyəti yaxın etmək, onların müraciətlərini qəbul etmək üçün maraqlı təşəbbüslə çıxış edib və onları seçiləcəyi təqdirdə ilk işlərin sırasına aid edəcək.

Seçicilər isə K.İsmayılovanı tanıdıqlarını, gənclərlə iş, idman sahəsində fəaliyyətini yüksək qiymətləndirdiklərini bildiriblər. Həmçinin görüş iştirakçıları könüllü şəkildə fəal təbliğat-təşviqat kompaniyasına qoşulacaqlarını da əlavə ediblər. Öz növbəsində xanım namizəd böyük bir komanda ilə prosesə qatıldıqlarını və müxtəlif sosial sorğular keçirərək insanları narahat edən problemləri araşdıraraq bildiklərini diqqətə çatdırıb, eyni zamanda müşahidə edilən problemləri aktiv şəkildə dövlət orqanları qarşısında qaldıracağını və yerli icra hakimiyyəti orqanları ilə onların həlli üçün çalışacaqlarını da xüsusi vurğulayıb.

K.İsmayılova onu da qeyd edib ki, o millət üçün millətin vəkili olmaq istəyir: "Şəxsi mənafeyi üçün millət vəkili olmaq istəmirəm. Siyasi partiya olaraq hər zaman islahatların, yeniliklərin tərəfində olmuşuq və artıq düşünürük ki, bu seçki ilə hər şey dəyişəcək. Bu səbəbdən də millət olaraq seçkidə fəal iştirak etməliyik. Mən hər zaman sadə insanların yanında olmuşam, olacam da. Qeyd etdiyim kimi, kreslo üçün deputat olmaq istəmirəm”

OXŞAR XƏBƏRLƏR

"İsrail hücuma görə məsuliyyəti üzərinə götürməyəcək" - KİV

İsrail rəsmi olaraq İrana zərbənin məsuliyyətini üzərinə götürməyəcək.   Sfera.az bildirir ki, bu barədə İsrail mediası məlumat yayıb. Onlar bu takt...

Dünyada ən çox PUA istehsal edən ölkə ODUR 

2023-cü ildə Çində ayrı-ayrı müəssisələr tərəfindən istehsal olunan mülki pilotsuz uçuş aparatlarının (PUA) sayı 3 milyon 170 mini keçib.   Sfera.az xə...

""Tu-22M3" təyyarəsinin ekipajı qızıldan da dəyərlidir" – Hərbi ekspert

““Tu-22M3” bombardmançı təyyarəsinin ekipajı qızıldan da “dəyərlidir”. Buna görə də qəza halında onların xilas edilməsinə xüsusi ö...

Kazemiro "Real"-"Siti" matçını ŞƏRH ETDİ: "Əziyyət çəkdim" 

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro “Mançester Siti” – “Real Madrid” matçının nəticəsindən ra...

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.    Sfera.az bizim.me...

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...