Kömür dolu yük qatarı relsdən çıxdı
08:06 / 12.01.2019
2159
Rusiyanın İrkutsk vilayətində kömür dolu yük qatarı relsdən çıxıb.
Trend-in məlumatına görə, ölən və xəsarət alan yoxdur.
Hadisənin yerli vaxtla saat 09:20-də baş verdiyini bildirilir.
Yük qatarında 67 vaqon olub. Hadisə yerinə iki bərpaedici qatar və mütəxəssislər göndərilib. Bundan əlavə, hadisə yerinə Rusiya FHN-dən və yanğınsöndürən-xilasedici qarnizonundan operativ qruplar cəlb olunub.