Cəmİyyət

Klublarımız üçün Avroliqa hәyәcanı

Klublarımız üçün Avroliqa hәyәcanı

Bu gün UEFA Avropa Liqasının 1-ci və 2-ci təsnifat mərhələlərinin püşkü atılacaq. “Qafqazinfo” xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə Azərbaycan təmsilçiləri “Neftçi”, “Qəbələ” və “İnter”in də rəqibləri bəlli olacaq. 

Tədbir 16:00-da başlayacaq.

Avropa Liqası, I təsnifat mərhələsi

Səpələnmişlər

“Vest Hem” (İngiltərə), “Brondbü”, “Randers” (hər ikisi Danimarka), “Debretsen” (Macarıstan), “Beytar” (İsrail),  “Vaduts” (Lixtenşteyn), “Domjale” (Sloveniya), “Buduçnost” (Monteneqro), “Koper” (Sloveniya), “Slovan”, “Jilina”, “Spartak” (hamısı Slovakiya), “Şerif”, “Daçiya” (hər ikisi Moldova), “Rusenborq”, “Stromsqodset” (hər ikisi Norveç), “Elfsborq”, AİK (hər ikisi İsveç), “NEFTÇİ”, “İNTER” (hər ikisi AZƏRBAYCAN), “Aktobe” (Qazaxıstan), “Qo Ehed İqls” (Hollandiya), “Srvena Zvezda”, “Voyvodina” (hər ikisi Serbiya), “Reykyavik”, “Hafnarfyordur” (hər ikisi İslandiya), “Şemrok Rovers”, “Sent-Patriks” (hər ikisi İrlandiya), “Düdelanj”, “Diffeerdanj” (hər ikisi Lüksemburq), “Linfild” (Şimali İrlandiya), “Valletta”, “Birkirkara” (hər ikisi Malta), “Rabotniçki” (Makedoniya), “Torpedo”, “Şaxtyor” (hər ikisi Belarus), “Aberdin”, “Sent-Conston” (hər ikisi Şotlandiya), “HB Torshavn” (Farer adaları), “Hayduk”, “Lokomotiv” (hər ikisi Xorvatiya), “Apollon”, “Omoniya” (hər ikisi Kipr), “Dinamo” (Tiflis, Gürcüstan), “Botosani” (Rumıniya), “Liteks”, “Beroe” (hər ikisi Bolqarıstan), “Jelezniçar”, “Zrinski” (hər ikisi Bosniya və Herseqovina), “Şlensk”, “Yagelloniya” (hər ikisi Polşa)

Səpələnməmişlər

“Renova”, “Şkendiya” (hər ikisi Makedoniya), “Selye” (Sloveniya), “Mladost”, “Sutyeska” (hər ikisi Monteneqro), Ferensvaroş”, MTK (hər ikisi Macarıstan), “Skonto”, “Yelqava”, “Spartak” (hamısı Latviya), “Vikinqur” (İslandiya), “Odd Qrenland” (Norveç), “Kukesi”, “Laçi”, “Partizani” (hamısı Albaniya), “QƏBƏLƏ” (AZƏRBAYCAN), “Ordabası”, “Kayrat” (hər ikisi Qazaxıstan), “Saxan Qaqauz Yeri” (Moldova), “Şirak”, “Uliss”, “Alaskert” (hamısı Ermənistan), “Qlentoran”, “Qlenavons” (hər ikisi Şimali İrlandiya), “Vaasa” , SJK, “Lahti” (hamısı Finlandiya), “Kalev”, “Kalyu”, “Flora” (hamısı Estoniya), “Sent Culiya”, “Lusitanos” (hər ikisi Andorra), “Vikinqur”, “Runavik” (hər ikisi Farer adaları), “Trakai”, “Kruoja”, “Atlantas (hamısı Litva), “Kork Siti”, UCD (hər ikisi İrlandiya), “Airbus”, “Nyutaun”, “Bala Taun” (hamısı Uels), “Baltsan” (Malta), “Çukariçki” (Serbiya), “Dinamo” (Batumi), “Spartak” (Sxinvali) (hər ikisi Gürcüstan), “Yuvenes”, “La Fiorita” (hər ikisi San-Marino), “Proqres” (Lüksemburq), “Olimpik” (Bosniya və Herseqovina), “Kollec” (Cəbəllütariq).

II təsnifat mərhələsi

Səpələnmişlər

“Kopenhagen” (Danimarka), PAOK (Yunanıstan), “Trabzonspor” (Türkiyə), “Legiya” (Polşa), “Riyeka” (Xorvatiya), “Tyun” (İsveçrə), “Astra” (Rumıniya), “Dinamo” (Belarus), “Mlada Boleslav” (Çexiya), “Şarlerua” (Belçika), I təsnifat mərhələsinin 23 qalibi

Səpələnməmişlər

“Höteborq” (İsveç), “Volfsburger” (Avstriya), “Hapoel”(Beyer-Şeva, İsrail), “İnverness” (Şotlandiya), ”Çerno More” (Bolqarıstan), I təsnifat mərhələsinin 28 qalibi.

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30