Klublar cərimələndi, xəbərdarlıq olundu

Klublar cərimələndi, xəbərdarlıq olundu
 
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sfera.az Qaynarinfo.Az-a istinadən xəbər verir ki, "Qarabağ" və "Sumqayıt" klublarının əvəzedici komandaları arasında keçirilmiş matçda qonaqların futbolçusu 4-cü hakim üçün nəzərdə tutulmuş yerin şüşə hissəsini sındırıb. Dəymiş zərərə uyğun olaraq, stadion rəhbərliyinin təqdim edəcəyi məbləğ "Sumqayıt" klubu tərəfindən ödənilməlidir.
15 yaşadək futbolçuların liqası çərşivəsində baş tutmuş "Şəmkir" - "Neftçi" matçında da olay baş verib. Matçın 70-ci dəqiqəsində meydan sahiblərinin qapısına 11 metrlik zərbənin təyin olunması azarkeşlərin xoşuna gəlməyib. Onlar meydana daxil olaraq, hakimə öz etirazlarını kobud şəkildə bildiriblər. Meydanda təhlükəsizliyin təmin olunmamasına görə "Şəmkir"ə xəbərdarlıq olunub.  Bu hal yenidən təkrarlanacağı halda klubu daha ağır cəza gözləyir.


OXŞAR XƏBƏRLƏR