Dünya

Klintonun məktubları ilə bağlı araşdırma başa çatıb

Klintonun məktubları ilə bağlı araşdırma başa çatıb
 

ABŞ prezidentliyinə namizəd Hillari Klintonun elektron ünvanındakı 33 minədək şəxsi məktub araşdırlıb. 

Sfera.az bildirir  ki, bu barədə Dövlət Departamentinin hesabatında qeyd olunub.  

Bildirilib ki, araşdırma zamanı məxfi materialların müntəzəm və yaxud qəsdən yanlış istifadəsinə dair tuarlı dəlillər aşkar olunmayıb.

Qeyd olunub ki, təhlükəsizlik qaydalarının pozulması ilə bağlı 91 hal müəyyənləşdirilsə də, bunlar məxfi materiallarla əlaqədar deyil.

Bu araşdırma nəticəsində 2016-cı il prezident seçkiləri zamanı Respublikaçılar Partiyasının namizədi Donald Trampla Demokratlar Partiyasının namizədi Hillari Klinton arasındakı rəqabət zamanı baş vermiş qalmaqala son qoyulacağı bildirilir.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930