Kölgəni tapdalamırlar, pulları xəstəlik mənbəyidir və…- Hindistanla bağlı 15 maraqlı fakt

Kölgəni tapdalamırlar, pulları xəstəlik mənbəyidir və…- Hindistanla bağlı 15 maraqlı fakt


Hazırda Hindisatan əhalisinin sayı 1 milyard 300 min nəfərdən çoxdur. Bu göstəriciyə görə ölkə yalnız Çindən geri qalır. Son onilliklərdə Hindistanda şəhər sakinlərinin sayı artsa da, 70 faizədək hindli əyalətdə yaşayır.

 

Son 100 ildə Hindistanda əhalinin sayı 6 dəfə artıb. Təkcə Uttar-Pradeş ştatında 200 mindən çox insan yaşayır. Müqayisə üçün deyək ki, bu Rusiya əhalisinin sayından 1,5 dəfə çoxdur.

 

Sfera.az "Hindistan barədə 15 maraqlı fakt” məqaləsini təqdim edir. Beləliklə…

 

 

1.Ölkə əhalisinin təxminən 40 faizi vegetariandır. İnduizm ətdən istifadəni qadağan etməsə də, yeməkdə şənbazlıqdan çəkinməyi məsləhət görür.

 

 

2. Hindisanda inək müqəddəs sayılır, buna görə də inəklərə xüsusi hörmətlə yanaşılır, onlar iri şəhərlərin küçələrində belə rahat hərəkət edir, Hindistanın bəzi ştatlarında isə inək öldürməyə görə həbsə düşmək də mümkündür.

 

3. Hindistanın ən böyük şəhəri Mumbai (1995-ci ilədək bu şəhər Bombey adlanırdı) və Dehlidir. Mumbaidə əhalinin sıxlığı 1 kvadrat kilometr ərazi üçün 20.000 nəfər təşkil edir. Özü də şəhərdə kişilərin sayı qadınların sayından dəfələrlə çoxdur. Bu onunla izah edilir ki, bura ölkənin müxtəlif bölgələrindən işləmək üçün kişilər axışıb gəlir.

 

4. Hindistan dünya kinematoqrafiyasının mərkəzlərindən biridir. Hər il ölkədə 1000-ə yaxın film istehsalata buraxılır, kinoteatrlara satılan biletlərin sayı isə 3 milyonu keçir. Dünyanın heç bir ölkəsində bu sayda bilet satılmır. Orta hesabla, hər bir hind filmində 5-6 mahnı səsləndirilir.

 

5. Hindistanla Banqladeşin sərhədində yerləşən Çerapunji vadisi planetimizin ən yağışlı məkanıdır.Yağıntının orta illik miqdarı 11.000 mm-dir. Kəşmir dilindən tərcümədə vadinin adı "barsız” deməkdir. Təxminən yarım il burda davamlı yağışlar yağır, bunun ardınca isə uzunmüddətli quraqlıq dövrü başlayır.

 

6. Ziona Çana Hindistanın Mizoram ştatında yaşayır. 39 arvadlı hindlinin 94 övladı və 39 nəvəsi var. Böyük ailə 4 mərtəbəli evdə yaşasa da, hər otaqda 9-10 nəfər qalır. Çananın ailəsi bir gündə 100 kiloqramadək düyü yeyir. Zionanın atasının 7 arvadı və 29 övladı olub.

7. Hindistan valyutası olan rupinin ölkədən çıxarılması qadağan olunub. Yalnız bir neçə ölkə istisnadır. Bunlar: Banqladeş, Butan, Nepal və Şri-lankadır. Bundan əlavə, Hindistanın banknotları vərəmə, pnevmoniyaya, meninqitə, hətta cinsi yolla keçən xəstəliklərə səbəb olan son dərəcə təhlükəli bakteriyaların daşıyıcısıdırlar. Yerli əhalidə bu bakteriyalara qarşı müəyyən bir immunitet yaransa da, turistlər üçün adıçəkilən banknotlar ciddi təhlükə mənbəyidir.

 

8. 17-ci əsrə qədər Hindistan dünyanın ən varlı ölkəsi sayılırdı. Bu ölkənin saysız-hesabsız sərvəti avropalıları bura cəlb edirdi. Maraqlıdır ki, Kolumbun ümumiyyətlə Amerikanı kəşf etmək kimi bir fikri olmayıb. Onun ekspedisiyasının əsas məqsədi-Atlantik okeandan Hindistana aparan ən qısa yolu tapmaq idi. Dəniz səyyahının özü Hindistan sahillərinə çatdığına əmin idi.


9. 1500 il əvvəl Hindistanda "çaturanga" adlı bir oyun məşhur idi. Eramızın 7-ci əsrində həmin oyun ərəblərdə məşhurlaşdı. Ərəblər onu "şatranj” adlandırdı. Tədricən oyun kiçik dəyişikliklərlə bütün dünyaya yayıldı. Söhbət dünyada ən məşhur oyunlardan olan şahmatdan gedir. 2007-2013-cü illərdə hindistanlaı qrossmeyster Vişvanatan Anand şahmat üzrə dünya çempionu titulunu daşıyırdı.

 

10. Hindistanda ən populyar idman növü kriketdir. Bu ölkənin milli komandası 1983-cü ildə dünya çempionu oldu. Kriketi bura ingilislər gətirib, çünki Hindistan uzun illər Britaniyanın koloniyası olub. 1900-cü ildən bəri Hindistan idmançıları mütəmadi olaraq Olimpiya Oyunlarında iştirak edirlər.Otüstü hokkey hindlilərinən böyük uğur qazandığı idman növüdür. Onlar otüstü hokkey yarışmalarında 8 dəfə qızıl medal qazanıblar.

 

11. Əsrlərlə Hindistanın əhalisi kastalara bölünüb. Ötən əsrin 30-cu illərinin əvvəllərində onların sayı 3000-ə yaxın idi, bu və ya digər kastaya mənsubluq insanın cəmiyyətdəki mövqeyini müəyyən edirdi. 1950-ci ildə qəbul olunan Hindistan Konstitusiyasının bütün kasta nümayəndələrinin bərabərliyini qanuniləşdirməsinə baxmayaraq, keçmişin qalıqları bu günə qədər tamamilə ləğv edilməyib. Qeyd edək ki, kasta bölgüsü kifayət qədər sərt idi. Belə ki. toxunulmazlar kastasının nümayəndələri ən çirkli və ağır işləri görməli olurdu, onlara daha yüksək kastadan olanların kölgəsini tapdalamaq belə qadağan edilmişdi.

 

12. Hindistan kinematoqrafını çox zaman Bollivud adlandırırlar, hərçənd ki, o sadəcə Hindistandakı kinoşirkətlərindən biridir. Hind kinosu hətta Santa-Barbaranı belə kölgədə qoyan sentimental hadisələrlə, mahnı və rəqslərlə zəngindir, bu filmlərdə xeyir həmişə şər üzərində qələbə çalır. 

Hindistanda hər il daxili bazar üçün milyardlarla dollar gəlir gətirən 1000-dən çox film istehsal olunur.


13. Hindistan əhalisinin yalnız üçdə ikisi oxuyubyazmağı bacarır. Üstəlik, qadınlar arasında savadlılıq səviyyəsi yalnız 45 faizdir.Buna baxmayaraq, ölkədə 500-dən çox ali təhsil müəssisəsi var və onların bir çoxu təhsil səviyyəsinə görə Avropa universitetlərindən geri qalmır. Amma təhsil haqqını ödəmək (ildə təxminən 15.000 dollar) heç də hər kəsin imkanı daxilində deyil.

 

14. Hindistanda rüşvətxorluq milli səviyyədə çiçəklənir. Hindistanın Korrupsiyaya Qarşı Mübarizə Cəmiyyəti sıfır rupi dəyərində milli əskinas çap edərək, hindliləri onlardan pul tələb edən məmurlara rüşvəti yalnız bu cür əskinazlarla verməyə çağırırlar.


15. Hindistan ərazisinə görə dünyada 7-ci yeri tutsa da, bu ölkədə saat qurşaqları yoxdur. Bütün dövlət eyni saat qurşağında yerləşir. Burda yay və qış vaxtına keçid yoxdur. Ölkə vətəndaşlarının əksəriyyəti isə qol saatından belə istifadə etmir, çünki buna ehtiyac duymur. Hindlilər tanınmış brendlərin qol saatlarına böyük məbləğlər xərcləməyi mənasız sayır.

 

 

 

Sfera.az

Selcan


OXŞAR XƏBƏRLƏR

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...

Kloppdan Salahla bağlı AÇIQLAMA: "Son vaxtlar onun..."

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "qırmızılar"ın hücumçusu Məhəmməd Salahın hazırkı vəziyyəti barədə danışıb.   Sfera....

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti MÜZAKİRƏ ETDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mus...

Bu xəbər neft və qızılı BAHALAŞDIRDI

ABŞ mediasında İsrailin İrana qarşı hücum təşkil etdiyi barədə xəbərlərin yayılması birjalarda qızıl və neft qiymətlərinə təsir edib.  Sfera.az xatırl...

"Beşiktaş" Qurban Qurbanovla bağlı xəbəri TƏSDİQLƏDİ: "Qəti qərar..."

"Beşiktaş" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla maraqlandıqlarına dair xəbərlərə münasibət bildirib.   Sfera.az Qol.az-a is...

Sülh yolu ilə yola salınan SÜLHMƏRAMLILAR: Rəsmi Bakının növbəti diplomatik uğuru!

Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması tarixi hadisədir desək, yəqin yanılmarıq. Bu, həm xalqın, həm də ölkə başçısı,...