Texnologİya

Klaviaturada yeni düymə - 25 ildə ilk dəfə

Klaviaturada yeni düymə - 25 ildə ilk dəfə

"Microsoft" şirkəti klaviaturalarında yeni "Office" düyməsinin quraşdırılması imkanını nəzərdən keçirir.

"Yeni Sabah” xəbər verir ki, bu klaviş istifadəçilərə yeni imkanlar, o cümlədən "Office"də sənədlərin və faylların sürətli mübadiləsi imkanını verəcək.

Yeni düymənin klaviaturanın sağ aşağı tərəfindəki "Microsoft" düyməsini və ya fərqləndirici menyu düyməsini əvəz edəcəyi gözlənilir.

Bu, baş verərsə, klaviaturada düymələrin yerində 1994-cü ildən bəri ilk dəfə dəyişiklik ediləcək.

XƏBƏR LENTİ

«    Fevral 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
242526272829