Kökəlmək istəmirsinizsə, hər səhər belə edin... - MƏSLƏHƏT

Kökəlmək istəmirsinizsə, hər səhər belə edin... - MƏSLƏHƏT
 Hazırda dünyada demək olar ki, əksər insanları narahat edən problemlərdən biri də artıq çəkidir. Bunun ən başlıca səbəbi isə qeyri-sağlam qidalanma, hərəkətsiz yaşam tərzidir. Sfera.az ailem.az-a istinadən ömür boyu bu cür problemlə qarşılaşmamaq üçün faydalı məsləhətlər verir.

Günə səhər yeməyi ilə başlayın

Günə enerjili və sağlam şəkildə başlamaq üçün yaxşı bir səhər yeməyi vacibdir. Çünki səhər naharı etmədikdə beyninin kalorisi yüksək yeməklərə yönələr və gün boyu onları yemək məcburiyyətində qalarsınız.

Səhər naharınızı şirni ilə bitirin

Səhər naharınızı şirin bir qida yeməklə bitirin. Tel-Əviv Universitetində aparılan bir araşdırmada məlum olub ki, şirin yeyən qrup karbohidrat yeyən qrupa nəzərən daha çox kalori yandırmağa meyllidir. Təbii ki, şirini də lazımi miqdarda yemək məsləhətdir.

Hər gün 30 qram lif qəbul edin

Pəhriz proqramınız ərzində lifli qidalar yemək çox vacibdir. Ancaq pəhriziniz qurtardıqdan sonra ideal çəkinizi qorumaq üçün də lif almağa davam etməlisiniz. Aparılan araşdırmalara əsasən, hər gün mütəmadi olaraq 30 qram lif istifadə edən şəxslərin 3 ay sonra arıqlamaqda daha müvəffəqiyyətli olduğu izlənilmişdir.

Kola və meyvə şirələrindən uzaq durun

Kola və meyvə şirəsi əslində şirin su kimi bir şeydir. Bir stəkanın tərkibində 240 kalori var və 18 çay qaşığı şəkər tozuna malikdir. Hazırda şişkinliyin ən böyük səbəblərindən biridir. Bu səbəblə susadığınızda susuzluğunuzu əvvəlcə su ilə aparmalısınız. Əgər başqa bir şey içmək istəyirsinizsə, çay və qəhvəyə yönələ bilərsiniz.

Buzxanaya meyvə-tərəvəz yığın

Təbii ki, təzə meyvə-tərəvəz insan sağlamlığı üçün əvəzedilməzdir. Amma alternativ variant kimi dondurulmuş meyvə-tərəvəzlərdən də istifadə faydalı olur. Buna görə fəsil dəyişimləri zamanı həmin məhsulları təmizləyərək buzxanaya yığın.

OXŞAR XƏBƏRLƏR

Bu məhsulları yesəniz dişlərinizi kariyesdən qoruyacaqsız

Pendir və digər süd məhsullarını çeynəyərkən, onlar tüpürcək istehsalını stimullaşdırır, bu da öz növbəsində dişlərdəki turşunu zərərsizləşdirə və çürüklərin qa...

Rusiyalı qadın 12 barmağı olan üçüncü uşağını dünyaya gətirdi

Rusiyada Ufa şəhərindəki Perinatal Mərkəzin həkimləri qeyri-adi irsiyyətli bir xəstə uşağın doğumunda iştirak ediblər. Sfera.az xəbər verir ki, bu barədə t...

Mənzərəli şəkil istəyən qız vulkanın içinə düşdü

İndoneziyada tətildə mənzərə fonunda qəşəng şəkil çəkdirmək cəhdi əsl faciəyə çevrilib. Çindən olan turist Huang Lihong həyat yoldaşı Zhang Yonqla birlikdə şəki...

Türkiyədə yenə zəlzələ oldu

Türkiyənin Antalya şəhərində 3,9 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.   Qeyd edilib ki,...

Ödənişli yolda baş verən qəzada yaralıların sayı 6-ya çatıb, 4-ü Rusiya vətəndaşıdır

Xəbər verdiyimiz kimi Bakı-Quba-Rusiya ödənişli yolun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib. Sfera.az xəbər verir ki, qəzada...

İkinci Dünya Müharibəsinin qalıqları hələ də təhlükə yaradır

Uelsin Pembrokeshire bölgəsindəki Sahil Mühafizəçiləri bəyanat yayaraq, çimərlikdən istifadə edən insanları diqqətli olmağa çağırıb. Belə ki, 1950-ci illərdən b...