Kiyevdə "Beşiktaş"a soyuq duş

Kiyevdə

 

 

Çempionlar Liqasında (ÇL) qrup mərhələsinə yekun vurulur. Apasport.az saytının məlumatına görə, ilk olaraq A, B, C və D qruplarının matçları baş tutub

 

Maraqlıdı ki, buoyunlara qədər yalnız B qrupunda mərhələ adlayan komandalar bəlli deyildi. C qrupunun görüşləri isə konkret formal xarakter daşıyırdı.

 

A qrupunda "Ludoqorets”i qəbul edənPSJ öz meydanında bərabərliyə razılaşaraq, qrupdan ikinci olaraq çıxıb. "Bazel" isə doğma meydanda "Arsenal"a uduzaraq Avroliqaya vəsiqə verən 3-cü pilləni də əldən verib."Ludoqorets”in Parisdə aldığı 1 xal onlara kömək olub.

 

B qrupunda son tur öncəsi 3 komanda – "Benfika”, "Napoli” və "Beşiktaş”ın şansları olsa da, istanbullular üçün ÇL faciə ilə başa çatdı. Belə ki, Şenol Günəşin komandası heç bir iddiası olmayan "Dinamo"ya Kiyevdə 0:6 hesabı ilə uduzaraq üçüncü pilləyə yuvarlanıb. "Napoli" isə səfərdə "Benfika"nı məğlub edərək liderliyi əldə edib.

 

C qrupunda "Barselona” lider, "Mançester Siti” isə ikinci yerin sahibi kimi 1/8 finala vəsiqəni rəsmiləşdirmişdisə, Möhnenqladbax "Borussiya”sının da Avropa Liqasında iştirak edəcəyi dəqiq idi. Bu üzdən son turun qarşılaşmalarının heç bir önəmi yox idi. Bununla belə Kataloniyadakı matç kifayət qədər maraqlı alınıb. 4:0 qələbədə Arda Turan het-triklə diqqət çəkib.

 

D qrupunda da "Bavariya” - "Atletiko” matçı formal xarakter daşıyırdı. Hətta birincilərin qələbəsi də lideri dəyişmədi. Digər oyunda isə "Rostov" PSV ilə səfərdə qolsuz bərabərliyə razılaşaraq qrupu 3-cü pillədə başa vurdu.

 

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

 

6 dekabr

 

A qrupu

"Bazel” (İsveçrə) – "Arsenal” (İngiltərə) - 1:4

Qollar:Dumbia, 78 - Perez, 8, 16, 47, İvobi, 54

Baş hakim: Manuel de Souza (Portuqaliya)

 

PSJ (Fransa) – "Ludoqorets” (Bolqarıstan)-2:2

Qollar:Kavani, 61, Di Mariya, 90+2 - Mijican, 15, Vanderson, 69

Baş hakim: Tasos Sidiropulos (Yunanıstan)

 

1.

Arsenal

6

4

2

0

18:6

14

2.

PSJ

6

3

3

0

13:7

12

3.

Ludoqorets

6

0

3

3

6:15

3

4.

Bazel

6

0

2

4

3:12

2

 

 

B qrupu

"Benfika” (Portuqaliya) – "Napoli” (İtaliya)-1:2

Qollar:Ximenez, 87 - Kaleyxon, 60, Mertens, 79

Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)

 

"Dinamo” (Kiyev, Ukrayna) – "Beşiktaş” (Türkiyə) -6:0

Qırmızı vərəqələr:Bek, 29, Abubakar, 56("Beşiktaş")

Qollar:Besedin, 9, Yarmolenko, 31 (pen.), Buyalski, 33, Qonzales, 45+3, Sidorçuk, 60, Moraeş, 77

Baş hakim: Kreyq Tomson (Şotlandiya)

 

1.

Napoli

6

3

2

1

11:8

11

2.

Benfika

6

2

2

2

10:10

8

3.

Beşiktaş

6

1

4

1

9:14

7

4.

Dinamo Kiyev

6

1

2

3

8:6

5

 

 

C qrupu

"Barselona” (İspaniya) – "Borussiya” (Mönhenqladbax, Almaniya) -4:0

Qollar:Messi, 16, Arda, 50, 53, 67

Baş hakim: Sergey Karasyov (Rusiya)

 

"Mançester Siti” (İngiltərə) – "Seltik” (Şotlandiya)-1:1

Qollar:İhenaço, 8 - Roberts, 4

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

 

1.

Barselona

6

5

0

1

20:4

15

2.

Mançester Siti

6

2

3

1

12:10

9

3.

Borussiya M.

6

1

2

3

5:12

5

4.

Seltik

6

0

3

3

5:16

3

 

 

D qrupu

"Bavariya” (Almaniya) – "Atletiko” (İspaniya) -1:0

Qol:Levandovski, 28

Baş hakim: Klemen Turpin (Fransa)

 

PSV (Hollandiya) – "Rostov” (Rusiya)-0:0

Baş hakim: Dəniz Aytəkin (Almaniya)

1.

Atletiko

6

5

0

1

7:2

15

2.

Bavariya

6

4

0

2

14:6

12

3.

Rostov

6

1

2

3

6:12

5

4.

PSV

6

0

2

4

4:11

2

 


OXŞAR XƏBƏRLƏR