KİVDF-nin tərkibi dəyişdirilir

KİVDF-nin tərkibi dəyişdirilir
 

Kütləvi İnfromasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KVDF) Müşahidə Şurasının tərkibi dəyişə bilər. 

Sfera.az xəbər verir ki, bu barədə yenisabah.az-a daxil olan məlumatda iddia olunur ki, yaxın günlərdə qurumda əhəmiyyətli dəyişikliklərin olacağı gözlənilir. Artıq bu barədə müzakirələr aparılıb və KİVDF-nin tərkibində dəyişikliklər edilməsi məqsəduyğun sayılıb.

Məlumatda deyilir ki, hakimiyyətin media siyasəytinə cavabdeh olanlar KİVDF-nin hazırkı tərkibinin özünü doğrultmadığı qənaətindədirlər. 

KİVDF yaranadan bu günə qədər mediada bu qurum haqqında vaxtaşırı neqativ materiallar tirajlanıb. Qurumun keçirdiyi müsabiqələrində, qəzetlərə maliyyə ayrılmasında, jurnalistlərə ev verilməsində şəffaflığın gözlənilmədiyi xüsusilə vurğulanıb. 

Jurnalistlər üçün tikilən ikinci binada mənzil bölgüsündən sonra isə bu qurumdan narazılıq daha da artıb.

Bütün bunlara görə, media siyasətinin tərkib hissəsi olaraq yaxın günlərdə prezident sərəncamı ilə KİVDF-nin Müşahidə Şurasının üzvlərinin dəyişdirilməsi gözlənilir.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan bu il ən çox hansı malları ixrac edib? - SİYAHI

Azərbaycanın kənd təsərrüfatı mallarının ixracı bu il yenidən artır. Ötən il aqrar malların ixrac dəyəri azalmışdı. Amma bu ilin birinci rübünün nəticələri göst...

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi BRİFİNQ KEÇİRİR

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) brifinqi keçirilir.   Sfera.az xəbər verir ki, tədbirdə MÜTDA-nın direktoru Eşqi Bağıro...

Çingiz Abdullayevdən səhhəti ilə bağlı PAYLAŞIM: "Ola bilsin ki, mənim üçün..." - FOTO

“Mən yenidən doğuldum”.   Sfera.az bildirir ki, bunu dünən xəstəxanadan evə buraxılan Xalq yazıçısı Çingiz Abdullayev deyib. O, səhhətin...

Xoşqədəm Hidayətqızı izləyicisinə QARĞIŞ ETDİ: "Canına tökülsün" - FOTO

Aparıcı Xoşqədəm Hidayətqızı həyat yoldaşı Doğuşla paylaşdığı fotolara gələn rəylərə əsəbiləşib.   Sfera.az bildirir ki, o, izləyicilərinə sərt ...

” Biz bilirdik ki, Azərbaycan nə zaman istəsə bu qoşunları ölkədən çıxaracaq” - Millət vəkili

“Çünki bütün bu illər ərzində deyirdilər ki, “Rusiya qoşunları Azərbaycandadır və buradan cıxmayacaq” kimi cəfəng fikirlər səsləndirirdilər. B...

ABB-dən cəmi bir günə tender qarantiyası

ABB hüquqi şəxslərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olan müştərilərə dəstək məqsədilə bank vəsaiti hesabına tender qarantiyası  şərtlərini sadələşdiri...