Sİyasət

"KİV-lər üzərindən ƏDV götürülməlidir" - Deputatdan təklif

Kütləvi informasiya vasitələri (KİV) üzərindən Əlavə Dəyər Vergisi (ƏDV) götürülməlidir.

Bu təklifi oxu.Az-a açıqlamasında millət vəkili, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov səsləndirib.

"Bildiyiniz kimi, əvvəllər KİV-lərə ƏDV tətbiq edilmirdi. Ancaq son vaxtlar müəyyən dəyişikliklər əsasında ölkəyə gətirilən çap məhsulları və eyni zamanda, qəzet kağızı da ƏDV-yə cəlb olunur.

Mən elə bilirəm ki, bu məbləğ kifayət qədər azdır, büdcə üçün ağırlıq, yük təşkil etmir.

Ona görə də  KİV üzərindən ƏDV-ni götürməliyik”, - deyən millət vəkili bu yöndə təklifini bir daha parlamentin qarşıdan gələn yaz sessiyasında, o cümlədən hökumətin növbəti illik hesabatı zamanı səsləndirəcəyini vurğulayıb.
 
Sfera.az

XƏBƏR LENTİ

«    İyun 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930