Kişini qadından nə soyudur? - SƏBƏBLƏR

Kişini qadından nə soyudur? - SƏBƏBLƏR
Hər şey yaxşı idi: sevgi dolu günlər, məhrəm gecələr, odlu sözlər, baxışlar. "Səninlə dünyanın

sonuna da gedərəm" kəlmələri. Düz 2 il... yox 5 il... azı-çoxu 5 il yarım belə davam etdi və bitdi.
Məhəbbət söndü? Hisslər soyudu? Sən adiləşdin? Yoxsa, o, dəyişdi? Bir sözlə, kişi səndən
soyudu. Onu əvvəlki halına qaytarmaq çətindir, bəlkə də mümkün deyil. Amma onu heç kimə
asanlıqla güzəştə getmək fikrin də yoxdur. Kişi sənindir, onu əlində saxlamağı da bacarmalısan.

Bəs görəsən bunun səbəbi nədir?

Sfera.az axşam.az-a istinadən kişini qadından soyudan amilləri və onların qarşısını almağın yollarını təqdim edir:

Boş vaxtınızı hədər yerə keçirirsiz:

Təzə tanış olduğunuz zamanları xatırlayın. Sən boş vaxt axtarırdın ki, sevdiyinlə birgə zaman keçirəsən, gəzməyə çıxasan. Dəridən-qabıqdan çıxırdın ki, onun hobbisini bölüşəsən. Xoşladığı musiqilərə birgə qulaq asmaq, futbola getmək, xoşladığı restoranda nahar etmək... O da səninlə birgə kosmetika mağazalarını gəzər, sənə hər ay yeni ətir alardı.
Bəs indi? Sən səhərdən axşama kimi ev işləri görür, ya da işdən gələn kimi hamama girib, saatlarla çıxmırsan. Sənin kosmetikanın, duş gellərinin əlindən güzgünün qabağında yer yoxdur. Axşam ərinin harada olmağı səni maraqlandırmır: o, ya dostları ilə çayxanada domino oynayır, ya da pivə içir. İndi o, futbola da, kabab yeməyə də sənsiz gedir. Çünki bilir ki, sənin vaxtın və həvəsin olmayacaq. Gecə televizorda kinoya baxır, sənsə telefonda "çənə döyürsən". Baxmayaraq ki, siz birgə yaşayırsız, əslində, ayrı-ayrı aləmlərdəsiz. Getdikcə yadlaşırsız. Sən onun həyatından çıxırsan. Sənə elə gələ bilər ki, o, bu gün dostları ilə vaxt öldürür. Amma kişiyə hər şeydən əvvəl qadın lazımdır və həmin qadın nə vaxtsa gəlib onu tapacaq. Onda çox gec olacaq. 

Hərəkətə keç:
Başa düşürük ki, ömrü boyu kişinin arzuları ilə oturub-durmaq və onun yarı olmaq çətin məsələdir. Amma soyuyan münasibətləri isitmək üçün heç olmasa ildə bir dəfə təzə tanış olduğunuz günlərə qayıtmaq məsləhətdir. Nə olsun ki, illər keçib? Günü bu gün taktikanızı qurun: axşamlar onunla qəhvə və ya çay içə-içə söhbət etməli, səhər ona üz qırxmaqda kömək etməli, bazar günü birgə nahar və ya balıq kababı yeməyə getməli, işdən yorğun gəlibsə, onu yüngülcə masaj etməli, ona kiçik hədiyyələr almalı, sevdiyi filmin diskini alıb, birgə baxmalı və s. Özünüz də görəcəksiz, onun sizə baxışları və münasibəti necə dəyişəcək... Onun özünə inamı artacaq və bir daha əmin olacaq ki, hələ hər şey bitməyib. Siz elə əvvəlki istiqanlı, düşüncəli və mehriban qadınsız. Əgər qəflətən dəyişməyinizin səbəbini soruşsa, deyin ki, onsuz da iş sizi bir-birinizdən ayırır. Bundan sonra qalan boş vaxtınızı ona həsr etmək fikrindəsiz. 

Vəziyyətlə barışmaq:

Bu vəziyyət bizim qadınların, özü də ağıllı və müdrik xanımların üzləşdiyi haldır. Onlar sevdikləri, ailə qurduqları insanı bütün çatışmazlıqları ilə qəbul edib, taleləri ilə barışırlar. Elə bilirlər ki, kişinin xasiyyətini dəyişmək olmaz, ya da artıq gecdir. "Kişinin qıcıqlandırıcı hərəkət və sözlərinə dözmək, bütün günü mübahisə etməkdən yaxşıdır", deyə fikirləşən qadınlar, bütün acılarını, narazılığını içində boğur. Belə qadınlar gündən-günə solur, baxmayaraq ki, evdə sakitçilik hökm sürür. İçində özünü didib parçalayır, ya da arzuladığını başqa insanda axtarmağa başlayır. Belə qadından kişilər gec də olsa, soyuyurlar.

OXŞAR XƏBƏRLƏR

Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb

Yelo Bank 2024-cü ilin birinci rübünü uğurlu nəticələrlə tamamlayıb.   Rübün yekununda Bankın xalis mənfəəti 14 mln manatı keçib. Bankın digər əsas m...

Kloppun yerinə daha bir namizəd seçildi - FOTO

Almaniyanın “Bavariya” klubunun sabiq baş məşqçisi Niko Kovaç İngiltərə “Liverpul”una rəhbərlik edə bilər.   Sfera.az bildiri...

Rusiya və İran prezidentləri Yaxın Şərqdəki vəziyyəti MÜZAKİRƏ ETDİLƏR

Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisi İsrailin İranın Dəməşqdəki diplomatik missiyasına hücumundan sonra Yaxın Şərqdə vəziyyətin gərginləş...

Bu makiyaj vasitələri qocalmanı sürətləndirir - Həkimdən ÇAĞIRIŞ 

Yeniyetməlik dövrü fiziki görünüş və imicin əhəmiyyət kəsb etdiyi dövrlərdən biridir. Bu dövrdə yeniyetmələr ətrafdakılar tərəfindən bəyənilmək və diqqət görmək...

ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır

ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır.   Sfera.az “Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Canet Yellen...

Şəhid anası vəfat etdi - FOTO

2023-cü ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri zamanı şəhid olan Mais Məhərrəmlinin anası dünyasını dəyişib.   Sfera.az qafqazin...