Kişilər hansı yaşda böyüyür? – Bunu göstərən özəlliklər SİYAHIDA

Kişilər hansı yaşda böyüyür? – Bunu göstərən özəlliklər SİYAHIDA

Aparılan araşdırmalara görə, kişilərin ancaq 43 yaşında duyğusal yetkinliyə çatdıqları aşkar edib. Həmin araşdırmanın nəticələrinə görə, qadınlar isə 32 yaşlarında duyqusal yetkinləşirlər.

 

Sfera.azbildirir ki, araşdırmanı "Nickelodeon” televiziya kanalı aparıb.

 

Araşdırmada iştirak edən qadınların 80 faizi kişilərin heç vaxt olqunlaşmadığını və onların sürətlə maşın sürmək, gecə yarısından sonra yemək sifariş etmək kimi hərəkətlərinin uşaqlıq olduğunu bildiriblər.

 

Qadınların ¼-i isə kişilərlə münasibətdə "yetişkin” tərəfin özləri olduqlarını və veriləcək qərarları kişilərin yerinə də aldıqlarını deyiblər. Kişilərin ¼-i isə hələ də uşaq olduqlarını və bu hallarından çox məmnunluq duyduqlarını söyləyiblər.

 

Araşdırmanın nəticələrinə görə, kişilərin hələ də olqunlaşmadığını göstərən 30 özəllik bunlardır:


1 – Qaz çıxarmağa və gəyirməyə gülmək;

2 – Gecə saat 2-də yemək sifariş vermək;

3 – Kompüterdə oyun oynamaq;

4 – Sürətlə maşın sürmək və ya yanındakı maşınla yarışmağa çalışmaq;

5 – Bəzi ayıb olan sözləri eşidəndə gülmək;

6 – Maşında yüksək səslə mahnıya qulaq asmaq;

7 – Kobud zarafatlar etmək;

8 – Oynayarkən uşaqlarla rəqabətə girmək;

9 – Hansısa müzakirədə səssiz qalmaq, danışmaqdan imtina etmək;

10 – Sadə yeməkləri belə bişirə bilməmək;

11 – Kişi dostları ilə birlikdə olarkən eyni lətifələri danışıb gülmək;

12 – Özləri haqqında danışmamaq;

13 – Kitab oxumaqdan nifrət etmək;

14 – Dəlisov rəqs etmək;

15 – Paltarlarını anasına yudurtmaq;

16 – Anasına hələ də yemək hazırlatmaq;

17 – Gecə klublarına idman ayaqqabısıyla getmək;

18 – Skeytbord və ya dağ velosipedi almaq istəməsi;

19 -Tərəvəz yeməmək;

20 – Davamlı olaraq iş yerini dəyişdirmək;

21 – "Subaylığa vəda” şənliklərini həyəcanla gözləmək;

22 – Velosiped üzərində aktobatik hərəkətlər etməyə çalışmaq;

23 – Modifikasiya edilmiş avtomobil sürmək;

24 – Qadınların uğur qazanması ilə bağlı mövzularda hava atmaq;

25 – Pijama geyinmək, xüsusilə də üzərində cizgi film qəhrəmanlarının şəkli olan pijama;

26 – Qəribə sözlərlə qadınları ələ almağa (ələ keçirməyə) çalışmaq;

27 – Kaldıra biləcəkləri ağırlıqdan qürrələnmək;

28 – Yerə zibil atmaq;

29 – Geniş ətəkli şalvar geyinmək;

30 – Üzərində cizgi film qəhrəmanlarının şəkli olan yataq örtüklərindən istifadə etmək.


Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Sosisal Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən növbəti sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe ö...

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ - 2

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ilə vida mərasimi başa çatıb.   Sfera.az xəbər verir ki, Təzəpir məsci...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Paytaxt Bakının inkişafı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi yüksəlişi ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...