Cəmİyyət

“Kişi xaricə gedəndə təkcə beynini aparmır ki, orqanlarını da aparır” - Sabiq millət vəkilindən QALMAQALLI AÇIQLAMALAR

“Kişi xaricə gedəndə təkcə beynini aparmır ki, orqanlarını da aparır” - Sabiq millət vəkilindən QALMAQALLI AÇIQLAMALAR
Xəbər verdiyimiz kimi, bu gün "Sputnik” İnformasiya mərkəzində "Klassik ailə modelinin təbliği” mövzusunda dəyirmi masa keçirilib. 

Sabiq millət vəkili Gülər Əhmədova bu gün Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və "Qadın Liderliyi Uğrunda" İctimai Birlik tərəfindən təşkil olunan dəyirmi masada çıxışı zamanı maraqlı açıqlamaları ilə yadda qalıb:

"Bu gün qadının azyaşlı övladı varsa, o işləyə bilmir. Çexiya kimi ölkələrdə isə başqa təcrübəni müşahid edirik. Burada uşağın 12 yaşı olanadək ananın işləməməsi üçün şərait yaradılır, hətta öncələr işləmiş olmadığı halda ona vəsait ödənilir, rəsmi işçi kimi göstərilir və vergiləri dövlət tərəfindən verilir ki, qadın pensiya yaşına çatanda təqaüd ala bilsin. Düzdür, mən də "ər çörəyi"nin tərəfdarıyam.  Çünki bu gün uşaqlı qadın ev işini bitirə bilirsə, artıq qəhrəman hesab edilməlidir”. 

O bildirib ki, son illərdə Azərbaycanda qadınlar cəmiyyətdə tutduqları yerə görə geriləyiblər:

"Bu gün qızlarımızın tez ailə həyatı qurmaq problemi hələ də qalmaqdadır. Görəsən, 15-16 yaşlı qızın toyuna gələn ziyalılardan biri də düşünmür ki, hansı mərasimə qatılıb?”.

Bu gün əksər məktəblərdə psixoloji əngəlli müəllimlərin çalışdığını deyən G.Əhmədova onların müəyyən psixoloji testlərdən keçirilməsinin vacibliyini vurğulayıb:

"Musiqiçi olmaq istəyənin necə çaldığını, notları necə bildiyini yoxlayır, sınaqdan keçirirlər. Lakin müəllim peşəsinə yiyələnənləri diplom aldıqdan, müəyyən fənlərdən imtahan verdikdən sonra auditoriyaya salırlar. Bir insanı psixoloji testdən keçirtmədən onu 30 şagirdin olduğu bir auditoriyaya necə salmaq olar?  Bağışlayın, bəlkə bu elə ipləmədir? Deyirlər ki, filankəsin dərsində uşaq heykəl kimi oturur. Bu heç də yaxşı hal deyil. Qorxan uşaqlarda gələcəkdə böyük komplekslər yaranacaq”. 

Sabiq millət vəkili daha sonra ailə həyatı qurmazdan öncə gənclərin də psixoloji testdən keçirilməsinin vacibliyini vurğulayıb. Bəzi kişilərin iş üçün xaricə getdiyini deyən G.Əhmədova bəzən qadınlar tərəfindən onlara haqq qazanıldığını da söyləyib:

"Qadın deyir ki, ərim iş üçün xaricə gedib. Bu adam gedib orada rəsmi də olmasa, ailə münasibəti qurub, uşaqları da var. Gedəndə kişi tək beynini aparmır ki, orqanlarını da aparır”. 

Nigar Məhərrəm
Sfera.az

AdRiver

XƏBƏR LENTİ