\"Kişi ölməyib, sağdı hələ\"

\

Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov 9 günlük yoxluğundan sonra iyulun 24-də dövlət televiziyasında görünüb.

"Qafqazinfo”nun "Xronika Turkmenistana” nəşrinə istinadən verdiyi xəbərə görə, 15 iyuldan məzuniyyətdə olan dövlət başçısı Ahal vilayətində tikiləcək  "Aşqabad siti” adlı yeni şəhərin layihəsini təsdiqləyib.

Bu, Berdıməhəmmədovun iyulun 20-də Rusiya KİV-də onun ölümü ilə bağlı çoxsaylı məlumatlar yayılandan sonra ilk ictimai çıxışı olub.

Qeyd olunur ki, ölkə başçısı 15 avqusta qədər məzuniyyətdə olacaq.


OXŞAR XƏBƏRLƏR