Kişi kişini İnstaqramla söhbətə çağırar? - Meyxanaçılar belə dalaşdılar, belə barışdılar + VİDEO

Kişi kişini İnstaqramla söhbətə çağırar? - Meyxanaçılar belə dalaşdılar, belə barışdılar + VİDEO
 

Bir neçə gün öncə qalmqal yaşayan meyxanaçı Ələkbər Yasamallı ilə Aqşin Fateh barışıb.

Sfera.az-ın lent.az-a istinadla məlumatına görə, söz ustaları barışıqlarını İnstaqram vasitəsi ilə bildiriblər. Onlar dedikləri sözə görə bir-birlərindən halallıq istəyiblər.

Qeyd edək ki, Ələkbər Aqşin barədə bu sözləri demişdi: "Sənə ikinci dəfə şans verdim. Kərimlə olan söhbətdə sənə dəstək oldum. Amma üçüncü dəfə get tullan. Sən kim, mən kim. Bizim aramızda böyük fərqlər var. Sən özün qəşəng bilirsən, nə fərqlərdir. Nömrə 1 söhbəti edir. Mənim yanımda Aqşin etdiyin hərəkətlərə görə nömrən sıfırdı. Gəl mən olan restorana. Çıxanda da görüşə bilərik".

Daha sonra Aqşin sosial şəbəkədə video paylaşaraq, Ələkbər barədə bu sözləri vurğulamışdı:

"Mənə çox adamlar zəng edir. Çox ayığam, yaxşı açıqlama verəcəm. Ələkbər haqqımda nələr dedi, sonra da məni söhbətə çağırdı. Təbii ki, həmin saatda onun yanına getdim. Ələkbər 2 gündür söhbətə gəlib çıxa bilmədi. Kişi kişini İnstaqramla söhbətə çağırar? Kişi kişinin sirrini sosial şəbəkədə açıb deyər? Bir kişinin kişi ilə sözü olarsa, üzbəüz həll edər. Mən sülhün tərəfdarıyam. Amma gərək hər iki tərəfdən addım atılar. Dünəndən gözləyirəm ki, Ələkbər çıxıb sözlərinə aydınlıq gətirsin, bu məsələ bağlansın. Allahdan başqa heç kimdən qorxmuram. Bu 1-2 ay ərzində bəzi müğənnilərin açıqlamalarına cavab verməmişəmsə, bu mənim ədəbimdən və onların şəxsiyyətinin hansı səviyyədə olmasından xəbər verib. Ələkbəri kişi bildiyimə görə, sözüm olanda özünə zəng etmişəm. Hər zaman hər kəsin qabağında alnım açıqdır. Ələkbərdən atacağı addımı gözləyirik”



OXŞAR XƏBƏRLƏR

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...

Qurbanov "Qarabağ"ın finala yüksəlməsindən danışdı

Finala vəsiqə qazanmaq xoş hissdir. Azərbaycan Kuboku əlavə stimuldur. Futbolçulardan isə razı qaldım.   Sfera.az xəbər verir ki, bu sözləri &qu...

Tayvanda yenidən zəlzələ oldu

Tayvan sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb....

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Aprelin 23-24-də Cenevrə şəhərində BMT-nin İşgəncə əleyhinə Komitəsinin 79-cu sessiyası çərçivəsində “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti...