Hadİsə

Kişi arvadını diri-diri yandırdı - Avtobusda sürücünün yanında oturduğu üçün - FOTO

Kişi arvadını diri-diri yandırdı - Avtobusda sürücünün yanında oturduğu üçün - FOTO

Həyat yoldaşını diri-diri yandıran kişinin məhkəməsi keçirilib.

Sfera.az haberler-ə istinadla xəbər verir ki, Türkiyənin Diyarbakır vilayətinin Şirinevler qəsəbəsində 35 yaşlı Can adlı şəxs qısqanclıq səbəbindən xanımını öldürüb. O, 30 yaşlı arvadı Güllü Y.-nın üzərinə bezin tökərək onu yandırıb.

Qadın özünü söndürməyə çalışarkən 2-ci mərtəbədən tullanıb. Ağır bədən xəsarətləri alan Güllü Y. yatırıldığı xəstəxanada 12 günlük mübarizədən sonra dünyasını dəyişib.

Hakim qarşısına çıxarılan Can cinayəti etiraf edib. O, bildirib ki, xanımı avtobusa minəndə sürücünün yanındakı boş yerdə oturduğuna görə onlar arasında mübahisə yaranıb və dava ölümlə nəticələnib.(milli.az)


XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930