Kişi 18 illik həyat yoldaşını atıb onun xalası qızı ilə yaşamağa başladı – Bakıda ailə dramı

Kişi 18 illik həyat yoldaşını atıb onun xalası qızı ilə yaşamağa başladı – Bakıda ailə dramı

 

Ərim məni atıb doğma xalam qızı ilə getdi. Oğlumla səfil vəziyyətdə qalmışıq. Nə telefona cavab verir, nə də ki bizi axtarır”. 

 

 

Sfera.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu sözləri Mehriban Musəvi öz şikayətində deyib. O bildirib ki, əri hazırda xalası qızı ilə birlikdə yaşayır: "Yardımlı rayonu Nisəkələ kənd sakini Cavanşir Bəkişovla 18 il əvvəl ailə həyatı qurmuşuq. Bir il sonra öyrəndim ki, xalam qızı Sevda Həsənova ilə aralarında əlaqə olub. Dava saldım, bir də o qızın üzünə baxmayacaqdım. O, evləndikdən sonra fikirləşdim ki, artıq aralarında hər hansı bir əlaqə olmaz. Ta ki ötən ilin noyabr ayında ərim bizi atıb onun yanına gedənə kimi. Cavanşir bir il əvvəl telefonda kimlərləsə yazışırdı, xalam qızı ailəli olduğu üçün onun olacağını düşünməmişdim. Amma hazırda birlikdə yaşayırlar. Qadın yetişkin iki qızı ilə birlikdə ərimin tutduğu birotaqlı mənzildə qalır.

Yoldaşı Heydərəli Həsənov onların yazışmasını tutduqda, ərinə mənim yoldaşımı sevdiyini deyib. Heydərəli də evdən çıxıb gedib. 

Sevda Cavanşirə deyib ki, sənə 3 min manat verəcəm, iş qurarsan. O da evdən getdi. Ailəli olduğumuz zaman cehizlərimin hamısını satıb. Özü işləmirdi, bütün yük mənim üstümə düşürdü. Ona görə də indi hər yerim ağrıyır, əsəb xəstəliyi tapmışam. Bütün etdiklərimin qarşılığı olaraq oğlumla məni atıb getdi”.

 

 Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...