“Kimsə övladımın tərbiyəsizlik etdiyini deyə bilməz” - Abid Şərifov

“Kimsə övladımın tərbiyəsizlik etdiyini deyə bilməz” - Abid Şərifov
 "Bu gün Azərbaycanda kifayət qədər yüksək savadı olan imkansız ailələrin övladları da var. Əgər mən onun müdiriyəmsə, vəzifəm və qeyrətim varsa, o zaman həmin gəncin imkanına deyil, savadına baxmalıyam”. 

Sfera.az xəbər verir ki, bunu ölkə.az-a müsahibəsində baş nazirin müavini Abid Şərifov deyib. O, bildirib ki, əgər bu gün biz halallıqdan danışırıqsa və hansısa vəzifəli işə götürdüyü 10 nəfərdən 5-i öz qohumudursa, heç olmasa digər 5-ni də savadı, qanacağı və bacarığı olan adamları götürməlidir: "Bunu edəndə isə kadr hazırlığı mümkün olur. Kadr hazırlığından da çətin sahə yoxdur. Bəlkə də ən ağır sahədir. Çünki bu gün həyatımıza daxil olan internet, sosial şəbəkələr, xarici kinolar və sairə cavanların elmə, kitaba olan meylini azaldıb. Kütləvi informasiya vasitələri bunun qarşısını almaq üçün güclü təbliğat aparmalıdır.

Bəzən misal çəkirlər ki, övladlarımızın tərbiyəsini zəmanə dəyişir və sairə. Bu boş söhbətdir. Necə olur ki, eyni zəmanədə yaşayan Əlinin balası ağıllı, qanacaqlı, mərifətli, Vəlinin balası isə narkoman olur? Həmin narkoman isə belində silah gəzdirərək, avtomobili saatda 200 km/saat sürətlə idarə edir? Əgər zəmanə edirsə, niyə biri yaxşı, biri pis olur? Deməli, hər şey ailədə verilən tərbiyədən, münasibətdən asılıdır. Tərbiyə də 5 dəqiqəliklə olmur. Gərək övladı anadan olan gündən böyüyənədək tərbiyə etmək lazımdır. Kimsə mənim övladımın, yaxın qohumlarımın haradasa tərbiyəsizlik, yekəbaşlıq etməsi ilə bağlı bir kəlimə eşidə bilər? Xeyr, bu qeyri-mümkündür. Heç kəs mənim övladımın xuliqanlıq etdiyini görə və ya deyə bilməz. Amma digərləri ilə bağlı o qədər var. Gərək övladını vaxtında düzgün tərbiyə edəsən. Övladı yaxşı tərbiyyə etməkdən isə vacib nəsə ola bilməz. Kimin tərbiyəsi varsa, gec-tez onun çörəyi, imkanı olacaq. Bu mənim şəxsi fikirlərimdir”.

OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...