“Kim Qarabağ məsələsini həll edəcək? Siz? Bir neçə korrupsioner? Ordunu talayan?...”

“Kim Qarabağ məsələsini həll edəcək? Siz? Bir neçə korrupsioner? Ordunu talayan?...”
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün-Şuşanın işğalı günü həmin işğala başçılıq edənlər və daha sonra 20 il ərzində hakimiyyətdə olanlar haqda sərt ifadələr işlədib.

Paşinyan mətbuat konfransında deyib: "Qarabağ məsələsini xalqın həll etməli olduğunu deyəndə təəcüblənirlər. Əvvəllər baş naziri xalqın seçməli olduğunu deyəndə gülürdülər. Respublikaçılar və onlara yaxın olanlar gülürdülər. Budur, xalq seçib. Alınıb axı. Və yenə təəcüblənirlər-Qarabağ məsələsini xalq həll edəcək? Bəs kim həll etməlidir? Siz? Bir neçə korrupsioner? Ordunu talayanlar Qarabağ məsələsini həll edəcək? Sizin evləriniz İtaliyadadır, Baden-Badendədir. Siz kimsiniz axı? Heç bir medallar onlara məsələni həll etmək haqqı vermir. Əlbətdə xalq həll edəcək. Ermənistanda hər şeyə görə xalq qərar verəcək. Qanunla müəyyən olunmuş qaydada. Bununla barışın”.

O əlavə edib ki, əgər danışıqlar prosesində xalqa təqdim olunmağa layiq həll variantı ortaya çıxsa həmin variantı xalqa açıqlayacaq. Xatırladaq ki, Paşinyan bu günlərdə Qarabağ məsələsini xalqın həll etməli olduğunu deyib. Bildirib ki, xalq məsələnin həllini necə gördüyünü müəyyənləşdirməli və ona müvafiq təlimat verməlidir.

***

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağın indiki və keçmiş qondarma "liderlərinin” eks-prezident Robert Köçəryanın həbsxanadan buraxılması, onun Şuşanın işğalı münasibətilə keçirilən mərasimlərdə iştirakına icazə verilməsi haqda çağırışını rədd edib.

Virtualaz.org erməni KİV-lərinə istinadən  xəbər verir ki, Paşinyan bu haqda jurnalistlərlə söhbətində danışıb. "Mən hesab etmirəm ki, Dağlıq Qarabağ hakimiyyəti hansısa formada Ermənistanın daxili işlərinə qarışa bilər. Və ümumiyyətlə heç kim bunu edə bilməz-Ermənistan müstəqil, suveren ölkədir”-o Bako Saakyanın və Arkadi Qukasyanın çağırışına cavab olaraq bildirib.

Paşinyanın sözlərin görə, Saakyanın və Qukasyanın Ermənistanın baş prokuroruna ünvanladıqları məktubda bəhs edilən "milli birlik” məsələsi də baş tutan deyil. Çünki dövlət vəzifələrində olanların qohumları və ailə üzvləri milyonçuya çevrilirsə belələri ilə milli birlikdən söhbət gedə bilməz.

"Serj Sərkisyan hələ də bu suala cavab verməyib ki, nəyə görə onun ailəsi milyonçu olub, amma əsgər yeməyə çörək tapmayıb. Mən belələri ilə bir ola bilmərəm. Elə şeylər var ki, mən onları bağışlamaram. Bu haqda danışmayacam, amma bağışlamaq fikrim də yoxdur. Mən ailələri milyonçu olan məmurlarla bir ola bilmərəm”-o qeyd edib.Virtualaz.org

OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...