Kim Çenin qaldığı hotel xüsusi mühafizə olunur

Kim Çenin qaldığı hotel xüsusi mühafizə olunur
KXDR lideri Kim Çen In Vyetnamın paytaxtı Hanoy şəhərindəki beşulduzlu "Melia” hotelə gəlib. 

"Report” RİA Novosti”yə istinadən xəbər verir ki, hotel zirehli nəqliyyat vasitələri ilə mühafizə olunur.

Hotelin bir tərəfində dörd zirehli nəqliyyat vasitəsi var. Nəqliyyat vasitələrini vyetnamlı hərbçilər mühafizə edir, turistlər və yerli əhali isə onlarla şəkil çəkdirir.

Daha əvvəl Şimali Koreya lideri Kim Çen In zirehli qatarla Vyetnama gəlib. O, bu ölkədə ABŞ Prezidenti Donald Tramp ilə sammitdə iştirak edəcək.


OXŞAR XƏBƏRLƏR