Kim Çen In üçün göndərilən votkalar əlindən alındı

Kim Çen In üçün göndərilən votkalar əlindən alındı
Niderlandda 90 min araq şüşəsi müsadirə edilib.
 
Sfera.az türk mediasına istinadən xəbər verir ki, içkilər Şimali Koreyaya gedəcəkmiş. İçkilər bir rus şirkəti tərəfindən Şimali Koreya lideri Kim Çen Inın sifarişiylə hazırlanıbmış.
 
Niderlandın Xarici Ticarət və İnkişaf naziri Siqrid Kaaq bununla bağlı açıqlama verib. Onun sözlərinə görə içkilərin müsadirəsi Şimali Koreyaya qarşı BMT TŞ tərəfindən tətbiq edilən sanksiyalara görə edilib.
 
Ötən həftə gömrük məmurları Şimali Koreyaya külli miqdarda spirtli içki göndəriləcəyi ilə bağlı informasiya alıblar. Məlumat əsasında Çində qeydiyyatda olan "Cosco Kargo” şirkətinin gəmisində axtarış aparılıb. Nəticədə hər birində 30 şüşə içki olan 3 min qutu aşkar olunub. Niderlandda Koreya üzrə ixtisaslaşmış prof. Remko Bruker içkilərin açıq hərracda satılaraq əldə olunan vəsaitin aclıqdan əziyyət çəkən Şimali Koreyadan olan qaçqınlara xərclənmsi barədə təklif verib.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR