Kim Çen In siqaret çəkərkən kameraya düşdü - VİDEO

Kim Çen In siqaret çəkərkən kameraya düşdü - VİDEO

Donald Trampla görüş üçün Vyetnama yollanan KXDR lideri Kim Çen In Çinin Nanyin şəhər vağzalının perronunda siqaret çəkən yerdə kameralara tuş gəlib.

Bu barədə "ABC News” məlumat yayıb.

Kadrlarda Şimali koreyalı liderin əlləri cibində perronda gəzdiyini və siqaret çəkdiyini görmək olur. Ölkənin XİN rəhbəri Çoy Son Hi, baş qərərgahın rəisi Li Yon Ho və Kim Çen Inın bacısı Yo Çjon da onun yanında görünüb.

Məlumata görə, Kim Çen Inı daşıyan zirehli qatar Vyetnama yollanmazdan əvvəl yarım saat Çin şəhərinin vağzalında gözləməli olub.



OXŞAR XƏBƏRLƏR