Dünya

“Kim Çen İn məzəli oğlandır” – Donald Tramp

“Kim Çen İn məzəli oğlandır” – Donald Tramp
"İnsanlar soruşur ki, Kim Çen İn necə biridir? Onun çox yaxşı xasiyyəti var, məzəlidir və çox-çox ağıllıdır, gözəl hömsöhbətdir. O, strateji düşüncəyə malik oğlandır”.

Sfera.az xəbər verir ki, bu sözləri "Fox News” telekanalına müsahibəsində ABŞ prezidenti Donald Tramp deyib. 

"Biz ölkəsinin nüvə silahından təmizlənməsini istədiyimizi dedik. O, bunu başa düşdü, mübahisə etmədi” – deyə, Tramp qeyd edib.

Eyni zamanda Tramp Kim Çen İnin  ünvanına dediyi əvvəlki sərt sözlərdən imtina etmədiyini deyib. Belə ki, bunlarsız danışıqlar olmazdı:

"Düşünürəm, bu ritorikasız biz burada olmazdıq. Mən bunu çox böyük həvəssizliklə edirdim, ancaq seçim haqqı yox idi”.
 
Rəsul
Sfera.az

AdRiver
loading...

XƏBƏR LENTİ