Kim Çen In 4 diplomatı edam etdirdi
19:11 / 25.04.2019
2475
Şimali Koreya lideri Kim Çen In ABŞ-a casusluq etməkdə ittiham etdiyi 4 diplomatı edam edib.
Sfera.az Qaynarinfo-ya istinadla xəbər verir ki, həmin şəxslər fevral ayının sonlarında baş tutan Kim Çen In və Donald Tramp görüşündən əvvəl ABŞ-a müəyyən məlumatlar ötürməkdə günahkar bilinib.
Diplomatların edamı güllələnmə yolu ilə həyata keçirilib.