Kim beş yüksək vəzifəli məmuru güllələdi, bacısınnı isə...

Kim beş yüksək vəzifəli məmuru güllələdi, bacısınnı isə...
Şimali Koreya rəhbəri Kim Çen Inın əmri ilə güllələnən yüksək vəzifəli məmurlarla bağlı yeni təfərrüatlar məlum olub. "Chosun İlbo” qəzetinin yazdığına görə güllələnənlərdən qalan dördü XİN əməkdaşlarıdır. Onları Pxenyanın şərqində yerləşən Mirim hərbi aerodromunda güllələyiblər. Habelə bildirilir ki, diplomatları edam etməzdən əvvəl onları ABŞ-ın xeyrinə casusluqda ittiham ediblər.

Şimali Koreyanın Əmək partiyasının birləşmə məsələləri üzrə şöbə müdiri Kim Yon Çxol isə siyasi məhbuslar üçün düşərgəyə, katorqa işlərinə göndərilib. Həmin düşərgə Çaqando regionunda yerləşir. Düşərgəyə Hanoy sammitində Şimali Koreya nümayəndə heyətinin daha bir neçə üzvünün göndərildiyi bildirilir. Onların arasında Kim Çen Inın tərcüməçisi də var. Tərcüməçini sammitdə danışıqları tərcümə edərkən Şimali Koreya liderinin "avtoritetini ləkələməkdə” günahlandırıblar. Kim Çen Inın kiçik bacısı, Əmək partiyasının təbliğat və təşviqat şöbəsinin rəhbərinin müavini Kim Yo Çjon isə ev dustağı edilib.

Xatırladaq ki, Hanoy sammitinin yarımçıq başa çatmasından sonra ABŞ prezidenti Donald Tramp Şimali Koreya liderinin Yonbendəki nüvə obyektinin sökülməsinin əvəzində bütün sanksiyaların ləğv edilməsini istədiyini, Amerika tərəfini isə belə variantın qane etmədiyini demişdi. Lakin Şimali Koreya XİN bildirmişdi ki, Pxenyan ancaq sanksiyaların qismən götürülməsini xahiş edib.
 
virtualaz.org

OXŞAR XƏBƏRLƏR

"Bu hədəf üçün qarşıdakı həftələrdə yeni layihələrimiz olacaq" - Eşqi Bağırov

"4 mindən çox ümumi təhsil müəssisələri fəaliyyət göstərir".   Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agent...

Bakıda bu yol 3 gün bağlı olacaq - Sürücülərin NƏZƏRİNƏ!

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan YDM-dək) hərəkət məhdudlaşdırılacaq.   Sfera.az xəb...

Bu ölkədə 16 yaşında cinsiyyət dəyişdirmək mümkün olacaq 

İsveçdə cinsiyyətin dəyişdirilməsi üçün yaş həddi 16-ya endirilib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber” məlumat yayıb. &n...

Azərbaycan bu il ən çox hansı malları ixrac edib? - SİYAHI

Azərbaycanın kənd təsərrüfatı mallarının ixracı bu il yenidən artır. Ötən il aqrar malların ixrac dəyəri azalmışdı. Amma bu ilin birinci rübünün nəticələri göst...

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi BRİFİNQ KEÇİRİR - FOTOLAR

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) brifinqi keçirilir.   Sfera.az xəbər verir ki, tədbirdə MÜTDA-nın direktoru Eşqi Bağıro...

Çingiz Abdullayevdən səhhəti ilə bağlı PAYLAŞIM: "Ola bilsin ki, mənim üçün..." - FOTO

“Mən yenidən doğuldum”.   Sfera.az bildirir ki, bunu dünən xəstəxanadan evə buraxılan Xalq yazıçısı Çingiz Abdullayev deyib. O, səhhətin...