Hadİsə

Killerlər azərbaycanlı biznesmeni güllələdi

Killerlər azərbaycanlı biznesmeni güllələdi
Rusiyanın paytaxtı Moskvada azərbaycanlı biznesmen silahlı hücuma məruz qalıb.

Sfera.az "Yenicag.az"a istinadən xəbər verir ki, adı açıqlanmayan həmyerlimiz "Range Rover” avtomobili ilə hərəkətdə olarkən, killerlər tərəfindən atəşə tutulub. Güllələrin əksəri avtomobilə dəysə də, biri adı açıqlanmayan azərbaycanlı iş adamının ayağını yaralayıb.

Yaralı həmyerlimiz cinayətkarlardan qurtula bilib. O, təcili xəstəxanaya çatdırılıb. Hazırda onun həyati təhlükəsinin olmadığı bildirilir.

Rusiya mətbuatının iddiasına görə, iş adamı ona atəş açanların kimliyini bilsə də, bu barədə hələlik danışmamağa üstünlük verir. Lakin böyük ehtimalla faktla bağlı aparılan araşdırmalar hər şeyi üzə çıxaracaq.
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31