Kiçiyi on aylıq, böyüyü 22 yaşında: Qusarda yaşayan çoxuşaqlı Məmmədovlar ailəsindən - REPORTAJ - FOTO

Kiçiyi on aylıq, böyüyü 22 yaşında: Qusarda yaşayan çoxuşaqlı Məmmədovlar ailəsindən - REPORTAJ - FOTO
Qusar şəhərində yaşayan Məmmədovlar ailəsində 11 uşaq böyüyür. Onlardan 3-ü qız, 8-i isə oğlan uşağıdır. Ailənin ən böyük oğlu Tacəddinin 22 yaşı var. Ən kiçiyi Süleyman isə hələ on aylıqdır.

49 yaşlı İ.Məmmədovun səhər tezdən ilk işi övladlarını şəxsi mikroavtobusu ilə məktəbə aparmaqdır. Onun 5 uşağı məktəbdə oxuyur. İkisi isə orta təhsilini başa vurub. Böyük övladı Tacəddin Bakı şəhərində işləyir.

İlqar Məmmədov ailəsini tikintidə çalışmaqla dolandırır. Bununla yanaşı, Məmmədovlar çoxuşaqlı ailələrə dövlət dəstəyindən də faydalanırlar. Ailədə yaşı uyğun olan 9 uşağa görə hər ay dövlət tərəfindən müavinət verilir.

"11 uşağım var. Səhər yuxudan tez oyanıram. Uşaqları məktəbə yola salırıq. Hava soyuq olanda uşaqları məktəbə mikroavtobusumla aparıram. Allahın verdiyi övladlardır. Allah verdiyi övlada istəmirik deyə bilmərik. Bizdə uşaqlara qarşı böyük məhəbbət var. Övladlarımızı saxlamaq üçün zəhmətə qatlaşırıq. Çətinliklər, əziyyət də var. Amma şad günlərimiz daha çox olur”,- deyə İlqar Məmmədov bildirir.

İlqar Məmmədov həm də musiqiçidir. Əvvəllər el şənliklərində və toylarda gitara ifa edib.

44 yaşlı Səidə Məmmədova övladlarını çox sevdiyini, onları bir-birindən ayırmadığını deyir: "Hamısını çox istəyirəm. Ana üçün fərqi yoxdur. Çoxu oğlan uşaqlarıdır. Əlbətdə böyütmək asan deyil. Amma Allahın köməyi ilə böyüdürük. Uşaqlar hər işdə kömək edirlər. Böyük qızım xəmir yoğurmaqda, çörək bişirməkdə mənə kömək olur”.

Səidə Məmmədova bir hadisəni xatırlayaraq gülümsəyir: "Təsəvvür edin, bir dəfə uşaqlar yoldaşımla parka gedib. Qayıdanda baxıram ki, birini orada unudublar. Sonra polis tapıb gətirdi”.

Uşaqların adları Tacəddin, Yəhya, Ağsu, David, Salim, Səma, Yusif, Yunis, Musa, Sara və Süleymandır. Ağsu rayonda musiqi məktəbində pianino ixtisası üzrə təhsil alır. Yunis isə atası kimi gitara ifa edir. Səma mahnı oxumağı çox sevir. Ailənin ən dəcəl övladı isə 2 yaşlı Saradır. Uşaqların arzu və istəkləri fərqlənsə də, onları birləşdirən əsas dəyər ailə sevgisidir.

Qusar Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2018-ci ildə rayonda 1391 uşaq doğulub. Təbii artım 607 nəfər təşkil edir. 2019-cu il yanvarın 1-nə olan məluma görə, rayon əhalisinin sayı 98 min 97 nəfərdir.

Xatırladaq ki, aprelin 6-da Azərbaycan Respublikasının həyatında çox əlamətdar hadisə baş verib. Bakı şəhərində Rauf Həsənov və Nigar Ocaqovanın ailəsində ölkənin 10 milyonuncu sakini dünyaya gəlib.AZƏRTAC





OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də birgə nahar ediblər.   Sfera.az xəbər verir ki, b...

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

Hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün qeyd olunmasına 2016-cı ildən başlanılıb. Ölkənin iqtisadiyyatında sahibkar...

Azərbaycanda 5 günlük tətil BAŞLAYIR - RƏSMİ

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az bi...

İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tə...