“Kibertəhlükəsizlik” təlim layihəsində iştirak üçün müsabiqə elan olundu - VİDEO

“Kibertəhlükəsizlik” təlim layihəsində iştirak üçün müsabiqə elan olundu - VİDEO
Təhsil İnstitutu beynəlxalq ekspertlərin, o cümlədən Böyük Britaniyanın aparıcı universitetlərində tədqiqatla məşğul olan kibertəhlükəsizlik üzrə qabaqcıl təlim mütəxəssislərinin iştirakı ilə "Kibertəhlükəsizlik” təlim layihəsinin növbəti mərhələsinə start verir.
 
Sfera.az bildirir ki, layihənin məqsədi Azərbaycanın müxtəlif ali məktəblərində təhsil alan tələbələrə kibertəhlükəsizlik, kibercinayətkarlıqla mübarizə, müasir taktika, texnika və prosedurlar haqqında nəzəri bilik və praktik bacarıqların verilməsindən ibarətdir.

Müsabiqədə ingilis dili bilikləri olan, informasiya texnologiyaları ilə əlaqəli ixtisaslar üzrə təhsil alan ikinci və daha yuxarı kurs tələbələri iştirak edə bilər. Tələblərə uyğun gələn şəxslər institutun saytında yerləşdirilmiş link vasitəsilə oktyabrın 26-dək qeydiyyatdan keçə bilərlər. 

Qeyd edək ki, bu günədək təlim layihəsində iştirak üçün 313 nəfər müraciət edib. Onlardan 60 nəfəri təlimi uğurla başa vurub. Layihə çərçivəsində tələbələr komanda şəklində ümumilikdə 13 layihə, 16 820 tapşırıq tamamlayıblar. İştirakçılardan 32 tələbə kibertəhlükəsizlik sahəsində çalışır.
 
Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR