Keyt Middletonun əkizləri olacaq?

Keyt Middletonun əkizləri olacaq?
Xəbər verdiyimiz kimi, İngiltərə kral ailəsinin gəlini, şahzadə Uilyamın həyat yoldaşı Keyt Middleton üçüncü uşağına hamilədir.
 
Sfera.az xarici mətbuata istinadən bildirir ki, Keyt Middletonun əkizlərinin olacağı deyilir. Buna səbəb isə əvvəlki hamiləliklərindən fərqli olaraq Keytin qarnının həddən artıq böyüməsidir. Belə ki, öncəki hamiləlikləri dövründə çəkilmiş fotolarla indiki şəkillər müqayisə edildikdə bu fərq daha da nəzərə çarpır.
 
Dünyaya gələcək körpələrin qız olacağı bildirilir. Ancaq bu iddialar saray tərəfindən təsdiq olunmayıb. 
 
Lalə Nəsirova
 


OXŞAR XƏBƏRLƏR