Hadİsə

Keşlədə qatar qadının üzərindən keçdi

Keşlədə qatar qadının üzərindən keçdi
 

Bu gün saat 08:23-də "Azərbaycan Dəmir Yolları” QSC-nin Keşlə stansiyasında bədbəxt hadisə baş verib.

Sfera.az yeni.sabah-a xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Belə ki, Bakı-Sumqayıt elektrik qatarı Keşlə stansiyasında hərəkətdə olarkən, vətəndaş Tacirə Vidadi qızı Rəhimova müəyyən olmayan yerdən dəmir yolu xəttini keçmək istəyib. Maşinist briqadası dərhal səs siqnalları verərək təcili tormozlama aparıb. Amma məsafə yaxın olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb. Nəticədə qadın qatarın yan hissəsinə toxunaraq müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası çağrılıb və yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. 

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031