Sİyasət

Keşikçidağ məsələsi Nyu-Yorkda müzakirə olundu

Keşikçidağ məsələsi Nyu-Yorkda müzakirə olundu
 

BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 74-cü sessiyası çərçivəsində Gürcüstanın xarici işlər naziri David Zalkaliani azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşüb.Gürcüstan XİN-in yaydığı məlumata əsasən  görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub, Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin olduğu bir daha vurğulanıb.

Nazirlər Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiya komissiyası çərçivəsində görüşlərin bərpa olunmasını və tərəflərin konstruktiv yanaşma ilə məsələnin həllinə hazır olmalarını alqışlayıblar. Ekspert qruplarının Gürcüstan-Azərbaycan sərhədinin razılaşdırılmamış hissələri ilə bağlı işi müsbət qiymətləndirilib. Tərəflər iki ölkənin beynəlxalq tranzit və enerji layihələrinin reallaşdırılması sahəsindəki əməkdaşlığını yüksək dəyərləndiriblər. 

Görüşdə Gürcüstan və Azərbaycanın GUAM çərçivəsində fəal əməkdaşlığı, təşkilata üzv ölkələrin nazirləri arasında və BMT Baş Assambleyası çərçivəsində müntəzəm görüşlər müsbət qiymətləndirilib. 

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031