Kerri Suriyada yerüstü əməliyyatdan danışdı

Kerri Suriyada yerüstü əməliyyatdan danışdı
Suriyanın şimalında "təhlükəsizlik zonası”nı dəstəkləmək məqsədi ilə 15 mindən 30 minə qədər əsgər tələb oluna bilər.
Oxu.Az Gazet.ru-ya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Con Kerri Senat qarşısında çıxışı çərçivəsində bildirib.
"Pentaqonun dəyərləndirmələrinə görə, ölkənin şimalında həqiqi təhlükəsizlik zonasının təminatı üçün 15 mindən 30 minə qədər əsgər lazımdır. Biz bunu etməyə hazırıq?”, - o deyib.
Qeyd edilir ki, Vaşinqtonda Suriyada əməliyyatlar üzrə "B” planı müzakirə edilir. Bu plana görə, atəşkəs rejimi pozulduğu halda yerüstü əməliyyatların aparılması nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR