\"Kərimov Əli, Mirvari Qəhrəmanlı kimilər də meydandan getməlidir\"

\
 

"Müxalifət düşərgəsində islahatlara 10 il bundan əvvəldən ehtiyac var. Müxalifəti bron edən insanlar imkan vermirlər ki, proses sonadək getsin. Fikrimcə, Prezidentin apardığı islahatlarla paralel olaraq digər islahatlar da getməlidir".

Bu sözləri Sonxeber.az saytına açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

 

Partiya rəhbəri bildirib ki, müxalifət düşərgəsi tamamilə yenilənməlidir: "Etiraf edim ki, biz Prezidentin atdığı addımlarla ayaqlaşa bilmirik. Müxalifəti bron edən Kərimov Əli, Həsənov Cəmil kimiləri imkan vermirlər ki, yeni müxalifət formalaşsın. 30 il müxalifətdə qalmaq, xalqın başının altına yastıq qoymaq, dövlətə-millətə xəyanət etmək olmaz. Yeni müxalifət formalaşmalıdır. Pul dalınca qaçan müxalifət yox, sağlam müxalifət olmalıdır. Müxalifət o demək deyil ki, axşama qədər ölkə başçısının ünvanına təhqir səsləndirsin. Müxalifət ölkədə olan çatışmamazlıqları deməli, çıxış yollarını göstərməlidi. Buna görə də müxalifət tam olaraq yenilənməlidir".

Hafiz Hacıyevin fikrimncə onilliklər boyu xarici qrantlar hesabına maliyyələşən və özünü hüquq müdafiəçisi kimi təqdim edən şəxslər də bu sahədən getməlidir: "30 ildən artıqdır ki, özünü hüququ müdafiəçisi kimi təqdim edib qrant alan Novella Cəfəroğlu, Mirvari Qəhrəmanlı və digərləri də köhnəlib. Artıq onlar da getməlidir. Yeni fikirlər, yeni ideyalar gəlməlidir. Bu sayəhəyə də yeni adamlar gəlməli, ortaya yeni mövqe qoymalıdır. Yeni mövqe qoyulmasa, ölkənin vəziyyəti ağır olacaq. İndiyə qədər xaricdən, daxildən nə alıblar, kimi aldadıblar, kimə torba tikiblər, bunları kənara qoymaq lazımdır. Artıq yeni era başlayır və bu sahədə də ölkəyə sahib çıxacaq, vətənpərvər insanlar olmalıdır".


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...