Kərəm Həsənov hakimiyyətə qara ləkədir

Kərəm Həsənov hakimiyyətə qara ləkədir
Son zamanlar medianın gündəmindən düşməyən məmurlardan biri də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovdur

 
Ötən ilin oktyabr ayından sonra ölkənin gündəmini dəyişən "MTN işi”ndə adı qırmızı xətlə keçən Kərəm Həsənovun dövlət əmlakını necə talan etməsi ilə bağlı çeşidli məlumatlar yayılmaqdadır.

Bu günlərdə yayılan məlumatlarda bildirilir ki, Eldar Mahmudovla sıx əlaqəsi olan, hətta bəzi məsələlərdə ona yardım etmiş Kərəm Həsənov ölkə qanunlarını ayaqlarının altına qoyaraq, şəriki üçün olduqca mühüm bir addım atıb. Həmin mühüm addım isə Mərdəkanda yerləşən «Yesenin Parkı»nın özəlləşdirilməsiylə bağlıdır. Belə ki, Eldar Mahmudov bir neçə il bundan əvvəl Mərdəkanda özünə nəhəng villa tikmək qərarına gəlib. Həmin tikinti zamanı ərazinin azlığı nazirin xoşuna gəlmir və yaxınlıqda yerləşən Yesenin Parkının bir hissəsini də mülkünə qatır. Qanunla parkların əraziləri özəlləşdirilmiş və zəbt olunması da qadağandır. Amma Mahmudovun həmin vaxt qılıncının dalı və qabağı da kəsdiyindən kimsə qanunun bu tələbini nəzərə almır. Amma işin ən absurd hissəsini elə Kərəm Həsənov görür.

Belə ki, komitə sədri Yesenin Parkının zəbt olunmuş hissəsini Eldar Mahmudovun adına özəlləşdirir və bununla da qanunları ayaq altına qoyur. Qanunun tələblərinə görə, Həsənov həmin ərazini özəlləşdirə bilməzdi. Üstəlik, hələ də maraqlıdır ki, parkın ərazisini komitə sədri hansı sənədlərə əsasən özəlləşdirə bilib…

"MTN işi”ndən sonra Kərəm Həsənovla bağlı bağlı yayılan informasiyaların bir-neçəsini təqdim edirik:

Qərib Məmmədovu kim "vurdu”?

Başlayaq Qərib Məmmədovun "vurulması” prosesindən. Artıq ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin keçmiş sədri ilə Kərəm Həsənov arasında münasibətlərin pis olması heç kimə sirr deyildi. İki vəzifəli şəхs arasında həmişə sərt mübarizə getmişdi. Lakin qəfildən komitə ləğv olundu və Qərib Məmmədov işsiz qaldı. Beləliklə, Kərəm Həsənovun ən böyük rəqibi sıradan çıхmış oldu.

Hakimiyyətə yaхın mənbələrin iddialarına görə, Qərib Məmmədovun vurulmasında Eldar Mahmudovla prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun müstəsna fidməti olub. İddia olunur ki, bu iki şəхs prezidenti Qərib Məmmədovun səlahiyyətlərinin əhəmiyyətli hissəsinin Kərəm Həsənova verilməsinə inandıra biliblər.

Kərəm Həsənovla Eldar Mahmudovun yaхınlaşması komitə sədrinin qardaşı Şahiq Həsənova yarayıb. Belə o, bu yaхınlıq sayəsində MTN-nin Beynəlxalq şöbəsinə rəis təyin olunub və bununla da Eldar Mahmudovun ən yaхın adamlarından birinə çevirilib. Bundan sonra isə MTN-dəki "çete”nin bütün sifarişləri Əmlak Məsələri Dövlət Komitəsi tərəfindən yerinə yetirilib.

Kərəm Həsənov "çete”yə necə хidmət edib?

Qərib Məmmədov kimin rəqibin sıradan çıхarılması Kərəm Həsənova heç də ucuz başa gəlməyib. Mediada yayılan məlumatlara görə, komitə sədri Akif Çovdarov və digərlərinin qanunsuz şəkildə ələ keçirdiyi əmlakaların rəsmiləşdirilməsində əsas rolu oynayıb. Məhz onun istəyi ilə dövlətə və ayrı-ayrı şəхslərə məхsus obyektlər "çete” üzvlərinin adına rəsmiləşdirilib.

Bu sırada Akif Çovdarovun milyonluq obyektləri, torpaq sahələri, istixanaları, binaları, mağazaları, restoranları, həmçinin digər "çete” üzvləri tərəfindən qanunsuz şəkildə zəbt olunmuş başqa obyektlər komitənin dəstəyi sayəsində bu adamların nəzarətinə keçib.

Bu işlərdə Kərəm Həsənovun bütün tapşırıqlarını Əmlak Məsələləri Dövlət Komitəsinin boz kardinalı hesab olunan və komitədəki bütün qaranlıq işlərin arxasında dayanan Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru Mohuma Heraçiyev və Dövlət Resyter Xidmətinin rəisi Məhəmməd İmanov (o artıq vəzifəsindən azad edilib) yerinə yetirib. Yeri gəlmişkən, Mohuma Heraçiyev həm də Kərəm Həsənovun "kassası” hesab olunur. O, Kərəm Həsənovun MTN-də işləyən qardaşı Şahin Həsənovun yaхın dostudur. MTN-nin sifarişləri də məhz Əmlak Məsələləri Dövlət Komitəsinin boz kardinalı vasitəsi ilə həyata keçirilib. Bir sözlə Eldar Mahmodov və komandasının ölkəni talan etməsində, milyardları ələ keçirməsində birbaşa Kərəm Həsənov və komandasının "mühüm xidmətləri” olub.

"8-ci km” bazarı necə işğal olundu?

MTN-dəki dəstənin ələ keçirdiyi obyektlərdən biri də "8-ci km” bazarındakı (el arasında "vosmoy” bazarı kimi tanınır) "Maral Veqa” olub. Belə ki, "çete” bazarın keçmiş sahibi Səfər Cəfərovun qardaşlarını həbs edib. Bunun səbəbini öyrənmək üçün MTN-ə yollanan Səfər Cəfərovun özünü də həbs ediblər və vəhşicəsinə döyüblər. Daha sonra isə ondan 5 milyon manat tələb ediblər. Bu qədər pulu olmayan bazar rəhbəri məcburən "Maral Veqa” adlı böyük obyektini MTN-çilərə verməli olub. Yeri gəlmişkən, bu obyekti ələ keçirmiş Eldar Mahmudovun müavinin yaxın qohumu bu gün də həmin obyektə sahiblik edir.

Məlumata görə, bu işdə də Kərəm Həsənovun rolu olub. Məhz onun хidmətləri sayəsində sahibkardan qanunsuz yolla alınmış obyekt yeni "sahibi”nin adına rəsmiləşdirilib.

Məhəmməd İmanov niyə işdən çıхarılıb?

Bir neçə gün əvvəl Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Məhəmməd İmanov vəzifəsindən azad edilib. Yuхarıda qeyd etdiyimiz kimi, o, Kərəm Həsənovun tapşırığı ilə MTN-in sifarişlərini həyata keçirən əsas fiqurlardan biri olub.

Kərəm Həsənovun bu addamı Məhəmməd İmanovun "qurban verilməsi” kimi şərh olunur. Görünür komitə sədri əməllərinin ifşa olunduğunu görərək ən yaхın dostlarından birini qurban verərək, bütün məsuliyyəti onun üzərinə atmaqla özünü mümkün təhlükədən qorumaq istəyir.
Yeri gəlmişkən, məlumata görə, Akif Çovdarov vaxtilə hansısa bir işə görə, onu "ilişdirərək” külli miqdarda pulunu alıb. Ancaq sonradan onlar arasında müəyyən dostluq münasibətləri yaranıb.
Mətbuata məlumat verən mənbələr bildirir ki, Məhəmməd İmanov həqiqətən də MTN-in sifarişlərinin yerinə yetirilməsində iştirak edib. Amma bütün bunları özbaşına etməyib. Bütün işləri birbaşa Kərəm Həsənovun göstərişi ilə həyata keçirib.

Kərəm Həsənovun "çekist” qardaşı

Ən maraqlı informasiya isə Kərəm Həsənovun Eldar Mahmudovun vaxtında MTN-də yüksək vəzifə tutması ilə bağlıdır. Belə ki, Eldar Mahmudov və Kərəm Həsənov arasındakı isti münasibətlər sonucunda MTN-nin beynəlxalq əlaqələr şöbəsinin rəhbərliyinə komitə sədrinin qardaşı Şahin Həsənov təyin olunur.

Məlumatlara görə, Eldar Mahmudov Şahin Həsənovun beynəlxalq əlaqələr şöbəsinə təyinatı məsələsində nəzərə alınması gərəkən başlıca prinsiplərin heç birinə əhəmiyyət verməyib və nəticədə beynəlxalq əlaqələr şöbəsi üçün tamamilə yararsız bir şəxs bu şöbənin rəhbərliyi postuna gətirilib.

MTN-nin beynəlxalq əlaqələr şöbəsinin rəhbərliyində təmsil olunan şəxsin ən azı iki xarici dil bilməsi şərt olsa da, Şahin Həsənovun heç bir əcnəbi dil bilmədiyi xüsusi vurğulanıb. Həmçinin, Şahin Həsənovun beynəlxalq münasibətər sistemində baş verən proseslər, beynəlxalq hüquq və əməkdaşlıq kimi məsələlərlə bağlı da minimal bilgi, analiz və manevr səriştəsinə malik olmadığı bildirilirdi.

Bütün bunlara rəğmən Şahin Həsənov "MTN işi”nə görə, nəinki istintaqa cəlb olundu, işdən belə azad olunmadı…

Kərəm Həsənovun yüz min dollarlıq saatı

Bu günlərdə tanınmış vəkil Aslan İsmayılov  Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun bahalı saat taxması ilə bağlı maraqlı məlumat paylaşıb:

"Məmurlar və onların saatları mövzusuna davam. Rəsmi maaşı 1750 AZN (1120 USD) olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri, 1-ci dərəcəli dövlət müşaviri Kərəm Həsənovun 8 illik halal maaşına aldığı 100.000 ABŞ dolları dəyərində saatı”.
A.İsmayılov postuna aşağıdakı fotonu da əlavə edib:

Göründüyü kimi, Kərəm Həsənov barəsində yayılan məlumatların çox az bir qismi belə onun təmsil olunduğu hakimiyyətin də adına utancdır.

OXŞAR XƏBƏRLƏR

Mübariz Qurbanlıya AĞIR İTKİ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Mübariz Qurbanlıya ağır itki üz verib.   Sfera.az İqtisadiyyat.az-a istinadən xəbər verir...

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...