“Kəpəz”də yenə ara qarışdı - Direktorla inzibatçı dava etdi

“Kəpəz”də yenə ara qarışdı - Direktorla inzibatçı dava etdi
Topaz Premyer Liqasında vəziyyəti yaxşı olmayan "Kəpəz”in daxilində də ab-hava ürəkaçan deyil.
 
Sfera.az futbolinfo.az-a istinadən xəbər verir ki, "Zirə” ilə dünən keçirilən matçdan bir gün öncə komandanın düşərgəsində dava-dalaş olub. 

Belə ki, stadionun direktoru Cabir İbrahimovla komandanın inzibatçısı Cavid Əhmədov əlbəyaxa olublar. 

Komanda məşqdən çıxdıqdan sonra bazanın qarşısında dayanan avtobusu təmizləyən xadimələrdən biri kluba heç bir bağlılığı qalmayan sabiq icraçı direktor İbrahimova şikayətə gedib. O, Əhmədovun onları söydüyünü bildirib. Halbuki Cavid bəy and-aman edir ki, belə bir hadisə olmayıb və digər xadimələr də şikayətçi deyil.

İbrahimov bu xəbəri eşidən kimi icraçı direktor Elnur Camalxanov və baş məşqçi Yunis Hüseynovu da hadisə yerinə toplayıb, məsələnin araşdırılmasını istəyib. Stadion direktoru Əhmədovu vurmağa cəhd edib, onlar əlbəyaxa olublar. Olaya komandada məşqçi işləyən Elmar Əhmədov – inzibatçının oğlu da qarışınca qalmaqalın miqyası böyüyüb.
 
Lakin komanda rəhbərliyi aranı sakitləşdirə bilib. 

Qeyd edək ki, bir müddət öncə "Kəpəz”in iki fubolçusu – Samir Zərgərovla Şadon Vinçester məşqdə əlbəyaxa olmuşdular. 


OXŞAR XƏBƏRLƏR