“Kəpəz” – “Neftçi” oyununda dava - Yaralananlar var - Fotolar

“Kəpəz” – “Neftçi” oyununda dava - Yaralananlar var -  Fotolar

Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilən "Kəpəz" - "Neftçi" (1:1) matçı sülhlə başa çatsa da, oyundan sonra arenanın ətrafı müharibə meydanına çevrilib.

Sfera.az sport7.az-a istinadən xəbər verir ki, gəncəli azarkeşlər qonaq fanatları daşa basıb.

Bu zaman bakılı azarkeşlərdən bir neçəsi ciddi xəsarət alıb. Bir fanat isə özündən gedib. Bundan başqa gəncəli azyaşlı uşaq da, bu xoşagəlməz hadisənin qurbanı olub. Belə ki, o, gözündən ciddi zədələnib. Məsələyə müdaxilə edən polislə "Neftçi"nin icraçı direktoru Elnur Məmmədov arasında da gərginlik yaşanıb. Bu zaman polis zabitlərindən bir Məmmədovu təhqir etməkdən çəkinməyib.

Məmmədov isə öz növbəsində "Mən bura gəlmişəm ki, sən məni təhqir edəsən?" deyərək, telefonuna əl atıb, kiməsə zəng edib. Ümumilikdə isə polis əməkdaşları qonaqlara qarşı aqressiv davranıb.


OXŞAR XƏBƏRLƏR