Kəndliləri təhqir edən bakılı qızın heç yerdə görülməmiş VİDEOsu

Kəndliləri təhqir edən bakılı qızın heç yerdə görülməmiş VİDEOsu

Ötən gün Bakı metrosunun rəsmisi L.Babayevanın sosial şəbəkədə yazdığı fikir kəndliləri təhqir etməsi kimi dəyərləndirilib. Belə ki, istifadəçilərdən biri metroda sıxlığın çox olmasına diqqət çəkib. L.Babayevanın isə buna cavab olaraq, "Çastpik” yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı. Həm təmiz, həm də rahat metro olardı”, -deyə səslənirdiyi fikirləri ilə rayonlardan Bakıya gələn Azərbaycan vətəndaşlarını aşağılayıb.

Onun bu fikri ictimaiyyətdə birmənalı qarşılanmayıb. İctimaiyyətdə ona qarşı etirazlar başladılıb. Bundan sonra etirazların çoxluğunu görən qurum rəsmisi işlətdiyi ifadəyə görə Azərbaycan xalqından üzr istəyib. "Hörmətli soydaşlarımız, bu gün sosial şəbəkədə fikirayrılığına səbəb olan şərhim təəssüf edirəm ki, düzgün anlaşılmayıb və həmin şərh heç də çalışdığım müəssisənin mövqeyini əks etdirmir. Bu səbəbdən, Azərbaycan vətəndaşı olaraq, cəmiyyətimizdə belə arzuolunmaz rəy yarandığı üçün çox təəssüf edir, bütün həmvətənlərimizdən yanlış anlaşmaya görə, üzr istəyirəm", - deyə L.Babayeva özünün "facebook" səhifəsində status yazıb.

L.Babayevanın "Bakı Metropoliteni” QSC-nin Marketinq və Reklam şöbəsinin müdiri vəzifəsində çalışdığı bildirilir. Eyni zamanda, onun "Bakı Metropoliteni” QSC-nin rəis müavini Zaur Babayevanın qızı olduğu vurğulanır. 

Məmur qızının sosial şəbəkədə paylaşdığı şəkil kolleksiyalarında onun dəbdəbəli həyat tərzi sürdüyü dərhal görünür. 

İnterpress.az kəndliləri təhqir edən "bakılı qız"ın dəbdəbəli həyat tərzini əks etdirən videomaterialı təqdim edir:

=

DİGƏR XƏBƏRLƏR


---