Kənd toyuğu adı altında broyler məhsulu satılır - VİDEO

Kənd toyuğu adı altında broyler məhsulu satılır - VİDEO

Kənd toyuğu adı altında broyler toyuqlar satırlar, özü də natəmiz şəraitdə...

Üzərində sağlamlığını təsdiq edən baytarlıq möhrü yoxdur. Bu azmış kimi natəmiz vəziyyətdə olan soyuducularda saxlanılan toyuqlar həm də açıq havada satırlar.

Sfera.az xezerxeber.com-a istinadən bildirir ki, açıq toyuq satışının bir neçə metrliyində isə zibil qabları yerləşir. Nəticədə bura həm də pişiklərin məskəninə çevirilib.

Bu vəziyyət paytaxtın Nizami rayonu ərazisində yerləşən 8-ci kilometr bazarında yaşanır.

Üstəlik broyler toyuqları da kənd toyuğu adı ilə satılır.

Satıcıların sözlərinə görə, toyuqlar həyətdə saxlanılır, kəsilir və bazara gətirilərək satılır.

Satıcılar iddia edir ki, müştəri baxan kimi kənd toyuğu olduğunu bilir.

Bəs antisanitar satışa kim şərait yaradır? Əslində hansı qaydalara əməl olunmalıdır?

23 saylı Baytar Sanitar Ekzpertiza İdarəsinin rəisi Mehman Əliyev deyir ki, kənd toyuğu ilə broyleri seçməyin bir sıra üsulu var. Vətəndaşlar ilk növbədə toyuğun rənginə fikir verməlidirlər. Toyuğun xarici görnüşü sarımtıl rəngdədirsə deməli bu kənd toyuğudur. Ancaq burda da diqqət ediləsi məqam var. Çünki bəzi satıcılar toyuğun üzərini sarıköklə rəngləyə bilərlər.

Mehman Əliyev deyir ki, baytarlıq nəzarətindən keçmək üçün bazara gətirilən kəsilmiş toyuğun daxili orqanları üzərində olmalıdır. Yoxlamadan sonra hər bir toyuğun üzərinə sağlamlığını təsdiq edən möhür də vurulur. Müayinədən keçirildikdən sonra toyuğun satışına icazə verilir. Bəs antisanitariya vəziyyətində satılan toyuqlardan istifadə hansı xəstəliklər yarada bilər?


OXŞAR XƏBƏRLƏR