Kənd təsərrüfatı naziri soğanın bahalaşmasına münasibət bildirdi

Kənd təsərrüfatı naziri soğanın bahalaşmasına münasibət bildirdi
Soğanın maya dəyəri 32-35 qəpiyə başa gəlir.

Sfera.az bildirir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

"Əgər müəssisənin ərazidən topdan satış qiymətlərini götürsək, 35 qəpiyə başa gələn soğan 45 qəpiyə satılmalıdır ki, bu, fermerin gəlir əldə etməsinə şərait yaratsın. Bundan sonrakı mərhələdə müəssisənin topdan satış qiymətləri, onu daşıyanlar, qablaşdıranlar və s. haradasa üzərinə müəyyən marjalar əlavə edir. Bazarlarda yer almaq, saxlamaq yerindən asılı olaraq, haradasa 35 qəpiklik soğan 60, 65, 70 qəpiyə çıxır", deyə nazir bildirib.

H. Əsədov deyib ki, bu gün də soğanın pərakəndə satış qiyməti bu civardadır: "Bundan öncə, hətta devalvasiyadan əvvəl soğanın qiyməti 70 qəpikdən baha olub. Bu gün soğan özünün real qiymətini alıb. Belə olmasa, soğan istehsalçılarının növbəti illərdə bu məhsula diqqət yetirməməsi deməkdir. Bu halda, bizim ixracımız şübhə altına alınır. Bugünkü qiyməti normal qiymət hesab edirəm, inanmıram ki, qiymətdə dəyişikliklər baş versin",- deyə nazir vurğulayıb.(APA)

OXŞAR XƏBƏRLƏR

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.   Sfera.az-ın məlumatına ...

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...