Kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilat 10 illik vergidən azad edilir

Kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilat 10 illik vergidən azad edilir

Azərbaycanda kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi 10 il müddətinə vergidən azad olunur.

Sfera.az trend-ə istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Məcəllənin 218-1-ci maddəsinin (Azadolmalar və güzəştlər) 218-1.1.1-ci bəndinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi - 2014-cü il yanvarın 1-dən 10 il müddətində vergidən azad olunur.

Sözügedən qanun layihəsi Milli Məclisin 12, 13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.


OXŞAR XƏBƏRLƏR