Kənan rejissorluğu atdı - Taksi sürücüsü işləyəcək

Kənan rejissorluğu atdı - Taksi sürücüsü işləyəcək

Rejissor Kənan M.M. taksi sürücüsü kimi fəaliyyətə başlayıb.

Sfera.az xəbər verir ki, axşam.az-a açıqlama verən rejissor sosial şəbəkədə bu haqda yayılan xəbərləri təsdiqləyib. O bildirib ki, buna səbəb yeni ssenarisinin Mədəniyyət Nazirliyi tərəfindən bəyənilməməsi olub:

"Hamımızı təbrik edirəm, vətənə millətə xeyirli olsun. Düz xəbərdir. İngilis və ərəb dilini bilmədiyim üçün bir az əziyyət çəkirəm, amma onu da düzəldəcəm.

Mədəniyyət Nazirliyi yenə ssenarimi bəyənmədi. Özümü Azərbaycan mədəniyyətində dəyərsiz hiss edirəm. Buna görə də bəsdir Kənan M.M. kimi yaşadım. Bir az da Kənan Mahmudov olum. Əməkdar taksi sürücüsü olacam.

Hər birinizdən xahiş edirəm, məni və ailəmi narahat etməyin. Bu həyatda hər şey insan üçündür. Bayrağımız hər zaman dalğalansın, mənim bəsimdir. Yeni mövsüm üçün günlərimi sayıram".

Qeyd edək ki, Kənan Türkiyədə "Savaşçı" serialında rol alır. O, mövsüm finalından sonra Bakıya qayıdıb.


OXŞAR XƏBƏRLƏR