Kəmaləddin Heydərova köməkçi təyin olunub

Kəmaləddin Heydərova köməkçi təyin olunub
Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun köməkçisi təyin olunub.

Nazirlikdən Modern.az-a Aydın Bəşirovla bağlı təyinatı təsdiqləyiblər.

Qeyd edək ki, Aydın Bəşirov 1994-cü il 19 avqust tarixindən 2013-cü ilin sonlarına kimi Xəzər Dəniz Gəmiçiliyi kimi strateji qurumun rəisi işləyib.

2013-cü il oktyabrın 22-də Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. Həmin sərəncam əsasında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanması ləğv edilib və onların bazasında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. 
Dövlət başçısının digər sərəncamı ilə Rauf Vəliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. Aydın Bəşirov isə vəzifəsindən uzaqlaşdırılıb. 

Hamının 70 yaşlı Aydın Bəşirovun təqaüddə olduğunu güman etdiyi bir vaxtda, ona yeni vəzifə verilməsi cəmiyyətdə təəccüblə qarşılanıb.

Xatırladaq ki, Aydın Bəşirov 1947-ci ildə Bakının Güzdək kəndində anadan olub, Bakı dənizçilik məktəbində təhsil alıb. Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunu bitirib. Prezidentin 1994-cü il 19 avqust tarixli fərmanı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi təyin edilib. 2003-cü il 4 iyul tarixində ölkə başçısının fərmanı ilə "Şöhrət” ordeni ilə təltif olunub. 1999-cu ildə IV Beynəlxalq müsabiqədə "Nəqliyyatda ilin adamı” adına layiq görülüb. 

2013-cü il oktyabrın 22-də Xəzər Dəniz Gəmiçiliyinin rəisi vəzifəsindən azad edilib.

Qeyd edək ki, Aydın Bəşirovla bağlı yeni xəbəri öncə AFN yayıb

 

 


OXŞAR XƏBƏRLƏR

Ceyranbatan su kanalında 1 nəfər BATDI

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazi...

Bakıda məşhur əyləncə mərkəzi yanır - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntüləri...

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...