Gündəm

Kəmaləddin Heydərov zəlzələ bölgəsində evlərə baxış keçirir - FOTO

Kəmaləddin Heydərov zəlzələ bölgəsində evlərə baxış keçirir - FOTO
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Zaqatala rayonunda ötən gün baş verən zəlzələ nəticəsində zərər çəkən ərazilərə baxış keçirir.

Sfera.az xəbər verir ki, K. Heydərov, FHN-in digər rəhbər şəxsləri Zaqatala rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə birgə Əliabad qəsəbəsində vəziyyətlə tanış olublar.

Nazir yeraltı təkanlardan zərərçəkmiş digər ərazilərə də baxış keçirəcək.

Qeyd edək ki, iyunun 5-i axşam saat 22:40 radələrində Zaqatala rayonu ərazisində 6 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ nəticəsində bəzi evlərdə çatlar əmələ gəlib.


XƏBƏR LENTİ

«    May 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031