Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşdü

Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşdü

 

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov İran İslam Respublikasının daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

FHN-in mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, K. Heydərov ölkədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında danışaraq son illər bu sahədə İranın uyğun qurumları ilə əməkdaşlığın daha yüksək səviyyəyə qalxmasından məmnunluğunu ifadə edib. O, iki dost ölkənin əlaqədar qurumlarının rəhbərləri arasında keçirilən görüşlərin əməkdaşlığa yeni töhfələr verdiyini vurğulayıb.

 

Qəbula görə təşəkkürünü bildirən İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli bildirib ki, rəhbərlik etdiyi nazirlik Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə daha sıx əməkdaşlıqda maraqlıdır. O əlavə edib ki, ikitərəfli əlaqələrin geniş potensialı əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli şərait yaradır.

 

Görüşdən sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalının fəaliyyəti ilə tanış olublar.



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...